SPECIAL ANNOUNCEMENT
“Ümumi təhsil haqqında” Azərbaycan Respublikasının Qanunu
2022-05-06 14:01:00
İyunun 19-da Təhsil Nazirliyində Azərbaycan Respublikası Hökuməti ilə Amerika Birləşmiş Ştatları Hökuməti arasında təhsil sahəsində əməkdaşlıq haqqında saziş imzalanıb.
İyunun 19-da Təhsil Nazirliyində Azərbaycan Respublikası Hökuməti ilə Amerika Birləşmiş Ştatları Hökuməti arasında təhsil sahəsində əməkdaşlıq haqqında saziş imzalanıb.
Mərasimi giriş sözü ilə açan təhsil naziri Misir Mərdanov ABŞ Dövlət Katibinin Təhsil və Mədəniyyət məsələləri üzrə müavini xanım Qoli Amerini səmimi salamlayaraq onun ölkəmizə gəlişini, iki ölkə arasında təhsil sahəsində rəsmi sənədə imza atılmasını yüksək dəyərləndirib.
Azərbaycan-ABŞ əlaqələrinin son illər daha da inkişaf etdiyini qeyd edən nazir ölkəmiz müstəqillik qazandıqdan sonra azərbaycanlı gənclərin müvafiq ölkənin tanınmış universitetlərində təhsil almasına böyük önəm verdiyini alqışlayıb. Misir Mərdanov imzalanacaq sazişi ölkə Prezidenti cənab İlham Əliyevin müvafiq Sərəncamı ilə təsdiq olunan “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı”nın tərkib hissəsi olduğunu açıqlayıb. Nazir həmçinin müvafiq sənəd imzalandıqdan sonra azərbaycanlı gənclərin ABŞ-ın nüfuzlu universitetlərində təhsil alması üçün daha əlverişli şərait yaradılacağını, bu sahədə yüksək addımlar atılacağını inamla vurğulayıb, eyni zamanda qısa müddət ərzində bu sənədi hazırlayanlara təşəkkürünü bildirib.
Xanım Qoli Ameri Azərbaycana gəlişindən məmnunluq duyduğunu ifadə edib. Təhsil sahəsində sənədin imzalanmasına xüsusi önəm verdiyini qeyd edən xanım Ameri ABŞ-la Azərbaycan arasında mövcud olan təhsil əlaqələrindən, Fulbrayt mübadilə proqramı çərçivəsində görülən işlərdən və müvafiq proqramların uğurlu nəticələrindən söz açıb. Qonaq bu sazişin ölkələr arasında təhsil sahəsində əlaqələrin, mübadilə proqramlarının genişləndirilməsinə təkan verəcəyinə ümid bəslədiyini qeyd edib.
Sonra Azərbaycan Respublikası Hökuməti adından təhsil naziri Misir Mərdanov, Amerika Birləşmiş Ştatları Hökuməti adından isə ABŞ Dövlət Katibinin Təhsil və Mədəniyyət məsələləri üzrə müavini xanım Qoli Ameri təhsil sahəsində əməkdaşlıq haqqında sazişi imzalayıblar.
ABŞ-ın ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri xanım Enn Dersi və səfirliyin məsul əməkdaşları mərasimdə iştirak edib.
10 il əvvəl
Digər xəbərlər
-
“PolyUp” Azərbaycan müsabiqəsinə qeydiyyat başlayıb
4 il əvvəl -
Təhsil naziri Türkiyədə Rəqəmsal Transformasiya Ofisinin rəhbəri ilə görüşüb
4 il əvvəl -
Oktyabrda 257 nəfərin diplomu tanınıb
4 il əvvəl -
Təhsil nazirinin Türkiyəyə səfəri davam edir
4 il əvvəl -
“Qarabağı Birlikdə Quraq!” Minecraft müsabiqəsi keçirilir
4 il əvvəl