SPECIAL ANNOUNCEMENT
“Ümumi təhsil haqqında” Azərbaycan Respublikasının Qanunu
2022-05-06 14:01:00
İyulun 1-də Təhsil Nazirliyində YUNİSEF-in ölkəmizdəki nümayəndəliyinin rəhbəri xanım Hanaa Singerin 4 illik fəaliyyətinin başa çatması ilə əlaqədar mərasim keçirilib.
Nazir bildirib ki, YUNİSEF təşkilatı ötən müddətdə öz missiyasını uğurla yerinə yetirib, uşaq hüquqlarının qorunması, sağlamlığı və inkişafı sahəsində əhəmiyyətli layihələr reallaşdırıb. Misir Mərdanov bu uğurların əldə edilməsində xanım Hanaa Singerin və proqramlar üzrə rəhbər Gülanə Hüseynovanın xidmətlərinin danılmaz olduğunu diqqətə çatdırıb, onları Azərbaycan Respublikası Təhsil Nazirliyinin Fəxri Fərmanı ilə təltif edib. Eyni zamanda nazir mövcud əməkdaşlığın davamlılığına əminliyini də vurğulayıb.
Sonra Misir Mərdanov xanım Hanaa Singerə ölkəmizdə aparılan təhsil islahatlarına göstərdiyi dəstəyə görə təşəkkür edib və ona gələcək fəaliyyətində uğurlar arzulayıb.
Tədbirdə Təhsil Nazirliyinin Strateji təhlil, planlaşdırma və kadrların idarəolunması şöbəsinin müdiri Fərzəli Qədirov “Təhsil Nazirliyi və YUNİSEF: birgə uğurlu əməkdaşlıq” mövzusunda təqdimat edib. F.Qədirov təqdimatında YUNİSEF-lə birgə həyata keçirilən layihələrin məqsədini açıqlayaraq qeyd edib ki, bu layihələr ümumilikdə 200-dən çox məktəbəqədər tərbiyə, ümumtəhsil, ilkin müəllim hazırlığı, ixtisasartırma və yenidənhazırlanma müəssisələrini, 20000-ə yaxın uşaq və şagirdi, 5000-ə qədər valideyni, 2500-dək müəllim və tərbiyəçini, 1000-dək mütəxəssisi əhatə edib.
F.Qədirov həmçinin birgə reallaşdırılan “Erkən yaş dövründə uşaqların inkişafı”, “Fəal təlim siyasəti”, “Məktəb uşağın dostudur”, “Valideyn-Müəllim Assosiasiyalarının yaradılması” və s. layihələr, eləcə də qarşıda duran perspektivlər barədə iştirakçılara geniş məlumat verib.
YUNİSEF-in ölkəmizdəki nümayəndəliyinin rəhbəri xanım Hanaa Singer ona göstərilən bu yüksək diqqətə görə təşəkkürünü bildirib, habelə Azərbaycanda çalışmaqdan, həyata keçirilən layihələrə göstərilən dəstəkdən razılığını ifadə edib.
Mərasimdə millət vəkilləri, bir sıra dövlət qurumları, qeyri-hökumət və beynəlxalq təşkilatların nümayəndələri, rayon təhsil şöbələrinin müdirləri, təhsil müəssisələrinin rəhbərləri iştirak edib.
10 il əvvəl
Digər xəbərlər
-
“PolyUp” Azərbaycan müsabiqəsinə qeydiyyat başlayıb
4 il əvvəl -
Təhsil naziri Türkiyədə Rəqəmsal Transformasiya Ofisinin rəhbəri ilə görüşüb
4 il əvvəl -
Oktyabrda 257 nəfərin diplomu tanınıb
4 il əvvəl -
Təhsil nazirinin Türkiyəyə səfəri davam edir
4 il əvvəl -
“Qarabağı Birlikdə Quraq!” Minecraft müsabiqəsi keçirilir
4 il əvvəl