SPECIAL ANNOUNCEMENT
“Ümumi təhsil haqqında” Azərbaycan Respublikasının Qanunu
2022-05-06 14:01:00
Təhsil müəssisələrinin Azərbaycan Təhsil Şəbəkəsinə qoşulması davam edir
2015-ci ilin oktyabr və noyabr ayları ərzində Bakı, Qazax, Şirvan, İsmayıllı, Samux, Ağstafa, Bərdə, Göygöl, o cümlədən Lənkərandakı 55 təhsil müəssisəsi Azərbaycan Təhsil Şəbəkəsinə (ATŞ) qoşulub. Qeyd edək ki, bu iş “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”nın həyata keçirilməsi ilə bağlı Fəaliyyət Planına uyğun olaraq aparılır.
Bu günədək ATŞ-ə ümumilikdə 2051 təhsil müəssisəsi qoşulub. ATŞ-ə qoşulmuş təhsil müəssisələri yüksək sürətli internetlə təmin olunub, onların şəbəkə daxilində bir-biri və Təhsil Nazirliyinin digər qurumları ilə kommunikasiyası təmin edilib.
ATŞ ölkədə tədris prosesini daha effektiv qurmağa imkan yaratmaqla yanaşı, məsafədən asılı olmayaraq təhsildə müsbət təcrübənin ötürülməsini də təmin edir. Artıq ucqar yaşayış məntəqələrindəki məktəblərin müəllim və şagirdləri də ATŞ vasitəsilə elektron resurslardan istifadə edərək biliklərini artıra bilirlər. Eyni zamanda ATŞ-də istifadə edilən “Websens” proqramının internet filtrasiya sistemi vasitəsilə məktəblilər üçün zərərli hesab edilən saytlara giriş məhdudlaşdırılıb.
Eyni zamanda 2015-ci ilin oktyabr-noyabr ayları ərzində təhsil müəssisələrinin İKT avadanlıqları ilə təmin olunması məqsədilə ölkə üzrə 3000 ədəd Monoblok Lenovo stolüstü kompüter, 70 ədəd noutbuk, 153 ədəd proyektor və 183 ədəd interaktiv elektron lövhə paylanıb. Təhsil müəssisələrinin İKT avadanlıqları ilə təchizatı zamanı avadanlıqlar, əsasən informasiya-kommunikasiya texnologiyaları sahəsində savadlılığın artırılması üzrə keçirilən təlimlərin qiymətləndirilməsində yüksək nəticə göstərmiş pedaqoji və inzibati idarəetmə heyətinin üzvlərinə verilir.
10 il əvvəl
Digər xəbərlər
-
“PolyUp” Azərbaycan müsabiqəsinə qeydiyyat başlayıb
4 il əvvəl -
Təhsil naziri Türkiyədə Rəqəmsal Transformasiya Ofisinin rəhbəri ilə görüşüb
4 il əvvəl -
Oktyabrda 257 nəfərin diplomu tanınıb
4 il əvvəl -
Təhsil nazirinin Türkiyəyə səfəri davam edir
4 il əvvəl -
“Qarabağı Birlikdə Quraq!” Minecraft müsabiqəsi keçirilir
4 il əvvəl