SPECIAL ANNOUNCEMENT
“Ümumi təhsil haqqında” Azərbaycan Respublikasının Qanunu
2022-05-06 14:01:00
Dərsliklərlə bağlı təlim proqramı
Noyabrın 13-də Xəzər Universitetində “Dərsliklərin hazırlanması və qiymətləndirilməsi üzrə təlim kursu”na start verilib.
Təhsil Nazirliyinin sifarişi ilə keçirilən təlimin məqsədi ümumi təhsil məktəbləri üçün dərslik yazan müəlliflərin, dərslikləri qiymətləndirən ekspertlərin, potensial müəlliflərin yeni təhsil proqramının (kurikulumun) prinsiplərinə uyğun dərsliklərin hazırlanması və qiymətləndirilməsi sahəsində biliklərini artırmaqdır. Ümumi həcmi 60 saat olan kurs 10 gün davam edəcək.
Təlimlər riyaziyyat-informatika, təbiət elmləri, tarix-coğrafiya, Azərbaycan dili və ədəbiyyatı, xarici dil fənlərini əhatə etməklə, beş qrupda təşkil olunub. Kursda Türkiyənin Uludağ və Qazi, İrlandiyanın Dublin, Niderlandın Amsterdam universitetlərindən dəvət olunmuş mütəxəssislər iştirakçıları dərsliklərin hazırlanması və qiymətləndirilməsi sahəsində yeni tendensiyalarla tanış edəcəklər.
10 il əvvəl
Digər xəbərlər
-
“PolyUp” Azərbaycan müsabiqəsinə qeydiyyat başlayıb
4 il əvvəl -
Təhsil naziri Türkiyədə Rəqəmsal Transformasiya Ofisinin rəhbəri ilə görüşüb
4 il əvvəl -
Oktyabrda 257 nəfərin diplomu tanınıb
4 il əvvəl -
Təhsil nazirinin Türkiyəyə səfəri davam edir
4 il əvvəl -
“Qarabağı Birlikdə Quraq!” Minecraft müsabiqəsi keçirilir
4 il əvvəl