SPECIAL ANNOUNCEMENT
“Ümumi təhsil haqqında” Azərbaycan Respublikasının Qanunu
2022-05-06 14:01:00
Azərbaycan Dövlət İqtisad Universitetini seçən əcnəbi tələbələrin sayı artıb
2015-2016-cı tədris ilində Azərbaycan Dövlət İqtisad Universitetinə (ADİU) 51 əcnəbi tələbə qəbul olunub.
Onlardan 21-i əcnəbi tələbələr üçün hazırlıq kurslarını, 19-u bakalavr, 3-ü magistratura, 7-si MBA, 1-i isə doktorantura təhsilini seçiblər.
Əcnəbi tələbələr əsasən, dünya iqtisadiyyatı və maliyyə ixtisaslarına üstünlük veriblər. Tələbələr arasında 21 nəfərlik heyətlə Nigeriya vətəndaşları üstünlük təşkil edir. Ümumilikdə, ADİU-da təhsil alan əcnəbi tələbələr əsasən Rusiya, Türkiyə, Özbəkistan, Gürcüstan, İran, Küveyt və Pakistan vətəndaşlarıdır.
Əcnəbi tələbələrin ADİU-ya qəbul prosesi bu ildən etibarən yalnız elektron formada aparılıb. Bu məqsədlə yaradılan http://admission.unec.edu.az/ səhifəsi vasitəsilə 85 elektron müraciət qəbul olunub. Müraciətlər Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 15 may 2015-ci il tarixli, 125 saylı qərarı ilə təsdiq olunmuş “Azərbaycan Respublikası vətəndaşlarının xarici ölkələrdə, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında təhsil alması Qaydaları”nın tələblərinə əsasən yoxlanılıb. Bundan sonra tələblərə cavab verən müraciətçilərlə skype vasitəsilə onlayn müsahibələr təşkil olunub. Sonda ADİU-da təhsil almaları uyğun hesab edilən 51 nəfər seçilib.
Ümumilikdə, hazırda ADİU-da 225 əcnəbi tələbə təhsil alır.
10 il əvvəl
Digər xəbərlər
-
“PolyUp” Azərbaycan müsabiqəsinə qeydiyyat başlayıb
4 il əvvəl -
Təhsil naziri Türkiyədə Rəqəmsal Transformasiya Ofisinin rəhbəri ilə görüşüb
4 il əvvəl -
Oktyabrda 257 nəfərin diplomu tanınıb
4 il əvvəl -
Təhsil nazirinin Türkiyəyə səfəri davam edir
4 il əvvəl -
“Qarabağı Birlikdə Quraq!” Minecraft müsabiqəsi keçirilir
4 il əvvəl