• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Nazirlik Menyu Geri

Menyu

Virtual bələdçi Elektron sənəd yoxlanışı ƏLÇATANLIQ

SPECIAL ANNOUNCEMENT

“Ümumi təhsil haqqında” Azərbaycan Respublikasının Qanunu

2022-05-06 14:01:00

Azərbaycan dili, riyaziyyat, kimya, biologiya, fizika, informatika, tarix, ingilis dili, coğrafiya və ibtidai sinif müəllimliyi ixtisasları üzrə təlimçi seçimi üçün müsabiqə elan olunub.

Azərbaycan Respublikası Təhsil Nazirliyi, Bakı Pedaqoji Kadrların İxtisasartırma və Yenidənhazırlanma İnstitutu, “Təhsildə İnnovativ Texnologiyalar” Əlavə Təhsil Mərkəzi tərəfindən fənn müəllimlərinin ixtisasartırma  proqramında fəaliyyət göstərmək məqsədilə elan edilmiş müsabiqədə iştirak etmək istəyənlər 15 oktyabr 2015-ci il tarixdən gec olmayaraq özü haqqında şəxsi məlumatı (CV) assessment@edu.gov.az elektron poçt ünvanına göndərməlidir.

Tələblərə uyğun  namizədlər  müsahibəyə dəvət olunacaqdır. Müsahibədən keçən şəxslər təlimçi bacarıqlarını inkişaf etdirmək üçün Təhsil Nazirliyinin təşkil etdiyi müxtəlif təlimlərə cəlb ediləcək. Uğurlu namizədlərə ixtisasartırma proqramları üzrə təlimçi statusu veriləcək.

 

Azərbaycan dili, riyaziyyat, kimya, biologiya, fizika, informatika, tarix, ingilis dili, coğrafiya və  ibtidai sinif müəllimliyi  ixtisasları üzrə təlimçi seçimi  üçün  müsabiqə


10 il əvvəl