SPECIAL ANNOUNCEMENT
“Ümumi təhsil haqqında” Azərbaycan Respublikasının Qanunu
2022-05-06 14:01:00
Oktyabrın 6-da İslam ölkələri ali təhsil və elmi tədqiqat nazirlərinin IV konfransı keçirilib.
Oktyabrın 6-da İslam ölkələri ali təhsil və elmi tədqiqat nazirlərinin IV konfransı keçirilib.
İştirakçılar ilk əvvəl ümummilli liderimiz Heydər Əliyevin məzarını ziyarət edib, sonra “Gülüstan” sarayında konfrans başlayıb.
Konfransı təhsil naziri Misir Mərdanov açıb.Üç gün davam edəcək konfransda dünyanın 41 ölkəsindən 200-dən çox nümayəndənin iştirak etdiyini qeyd edən nazir tədbirin Bakıda təşkilinə görə İSESKO-nun rəhbərliyinə təşəkkürünü bildirib. Misir Mərdanov konfransda islam ölkələri arasında elm, təhsil sahəsində əlaqələrin inkişafına dair fikir mübadiləsinin aparılacağı, bu sahədəki problemlərin, əməkdaşlığın yeni yollarının müzakirə olunacağını vurğulayıb.
Sonra Prezidentin İcra Aparatının Humanitar siyasət məsələləri şöbəsinin müdiri Fatma Abdullazadə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin konfrans iştirakçılarına təbrikini oxuyub.
İSESKO-nun baş direktoru Əbdüləziz bin Osman əl-Tüveycri ötən konfransın qərarlarının icrası istiqamətində əldə olunmuş nailiyyətlərdən danışaraq bildirib ki, bu konfransların keçirilməsində məqsəd islam ölkələrində davamlı inkişafa nail olmaqdır.
Konfransda çıxış edənlər tədbirin islam ölkələrində elm və texnologiyaların inkişafına təkan verəcəyini qeyd edərək bildiriblər ki, islam dünyasında biliyə əsaslanan cəmiyyətlərin inkişafına nail olmaq üçün yeni texnologiyaların tətbiqi prioritet istiqamətdir. Tədbirdə İslam Konfransı Təşkilatının üzvü olan ölkələrdə biliyə, elmi texnologiyalara və innovasiyalara kifayət qədər diqqət verildiyi, iqtisadi və sosial inkişafın məhz elmi texnologiyaların həyata keçirilməsi nəticəsində mümkünlüyü də göstərilib. Tədbirin mövzusu ilə bağlı müxtəlif ölkələrin təcrübəsindən bəhrələnməyin, fikir mübadiləsi aparılmasının vacibliyi vurğulanıb.
Konfransda tədqiqatlar sahəsində elmin müxtəlif sahələri üzrə qazanılmış uğurlara görə İSESKO- nun mükafatları da verilib.
10 il əvvəl
Digər xəbərlər
-
“PolyUp” Azərbaycan müsabiqəsinə qeydiyyat başlayıb
4 il əvvəl -
Təhsil naziri Türkiyədə Rəqəmsal Transformasiya Ofisinin rəhbəri ilə görüşüb
4 il əvvəl -
Oktyabrda 257 nəfərin diplomu tanınıb
4 il əvvəl -
Təhsil nazirinin Türkiyəyə səfəri davam edir
4 il əvvəl -
“Qarabağı Birlikdə Quraq!” Minecraft müsabiqəsi keçirilir
4 il əvvəl