SPECIAL ANNOUNCEMENT
“Ümumi təhsil haqqında” Azərbaycan Respublikasının Qanunu
2022-05-06 14:01:00
Təhsil Nazirliyinin SABAH qruplarında təhsil alan könüllülər Gürcüstanın Tbilisi şəhərində keçirilən “Tbilisi-2015” 13-cü Avropa Gənclər Olimpiya festivalında fəaliyyət göstəriblər.
Avropanın 50 ölkəsindən 9 idman növü üzrə yarışan 3800-dən çox idmançının, Milli Olimpiya Komitələrinin rəsmiləri və mütəxəssislərinin iştirakı ilə keçirilən festivala “SABAHın Könüllüsü” proqramının iştirakçısı olan 5 könüllü qatılıb.
Festival zamanı könüllülər Atletlər Kəndində fəaliyyət göstərib, mətbuat nümayəndələri, qonaqlar, Avropa Olimpiya Komitəsinin üzvləri və idmançılar ilə ünsiyyətdə olmaq imkanı qazanıblar. Çoxmədəniyyətli mühitdə çalışan gənclər dost qruplarında işləyərək idmançıların çıxışlarının canlı şahidi olub və ölkəmizi təmsil edən idmançılara dəstək olublar. Bundan əlavə, könüllülər Avropa Gənclər Olimpiya festivalının açılış və bağlanış mərasimlərində iştirak ediblər. Festivalın sonunda fəaliyyət göstərən könüllülərin təltifetmə mərasimi keçirilib.
10 il əvvəl
Digər xəbərlər
-
“PolyUp” Azərbaycan müsabiqəsinə qeydiyyat başlayıb
4 il əvvəl -
Təhsil naziri Türkiyədə Rəqəmsal Transformasiya Ofisinin rəhbəri ilə görüşüb
4 il əvvəl -
Oktyabrda 257 nəfərin diplomu tanınıb
4 il əvvəl -
Təhsil nazirinin Türkiyəyə səfəri davam edir
4 il əvvəl -
“Qarabağı Birlikdə Quraq!” Minecraft müsabiqəsi keçirilir
4 il əvvəl