• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Nazirlik Menyu Geri

Menyu

Virtual bələdçi Elektron sənəd yoxlanışı ƏLÇATANLIQ

SPECIAL ANNOUNCEMENT

“Ümumi təhsil haqqında” Azərbaycan Respublikasının Qanunu

2022-05-06 14:01:00

Təhsil Nazirliyinin Nizami rayon Uşaq Yaradıcılıq Mərkəzində fəaliyyət göstərən "Milli rəqs" dərnəyinin konserti keçirilib.

Səməd Vurğun adına Azərbaycan Dövlət Rus Dram Teatrında keçirilən "Dostluq çələngi" adlı konsertdə Lalə İbrahimovanın rəhbərlik etdiyi dərnək üzvləri milli "Qaval", "Tello", "Bulaq başı", "Meyvələr", eyni zamanda dünya xalqlarının "Yunan", "Holland", "Tacik", "Özbək", "Qırğız", "İtalyan", “Kukaraça”, “Lambada” rəqslərini ifa ediblər. Uşaqların nümayiş etdirdiyi "Xalqlar dostluğu rəqsi" adlı kompozisiya da tədbir iştirakçıları tərəfindən böyük maraqla qarşılanıb.
Mərkəzin vokal dərnəyinin ifa etdiyi şən mahnılar, "Çiçəyim" uşaq teatrının çıxışları, balacaların moda nümayişi tədbirə xüsusi rəng qatıb. Konsert "Bayram" rəqsi ilə başa çatıb.


10 il əvvəl