• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Nazirlik Menyu Geri

Menyu

Virtual bələdçi Elektron sənəd yoxlanışı ƏLÇATANLIQ

SPECIAL ANNOUNCEMENT

“Ümumi təhsil haqqında” Azərbaycan Respublikasının Qanunu

2022-05-06 14:01:00

Xətai rayon komandası “Şahinlər” yarışının qalibi oldu

9-10 may 2015-ci il tarixlərdə “Şahin” hərbi-idman oyununun respublika final yarışı keçirilib.
Final yarışına 9 zona üzrə keçirilən birinciliklərdən 19 komanda vəsiqə qazanmışdı. Yarış iştirakçıları may ayının 9-da saat 13.00-da Fəxri Xiyabanda Ümummilli Lider Heydər Əliyevin məzarını və Şəhidlər Xiyabanını ziyarət ediblər. Daha sonra komandalar Novxanı qəsəbəsində yerləşən “Akva Park” İstirahət Mərkəzində yerləşmişlər və olar üçün konsert proqramı təşkil edilmişdir. Mayın 10-da saat 9.00-da iştirakçı komandalar Cəmşid Naxçıvanski adına Hərbi Liseydə C.Naxçıvanskinin abidəsini ziyarət etdikdən sonra saat 10.00-da final yarışının açılış mərasimi başlanmışdır. Açılışda Hərbi Liseyin rəisi, general-mayor Mirzə Almasov, Gənclər və İdman Nazirinin müavin İntiqam Babayev, Təhsil Nazirinin müavini Firudin Qurbanov, Səfərbərlik və hərbi xidmətə çağırış üzrə Dövlət Xidməti rəisinin müavini general-mayor Novruzəli Orucov, Respublika Veteranlar Şurasının sədr müavini p-k. Cəlil Xəlilov çıxış edərək iştirakçı komandalara tövsiyyələrini vermiş və onlara uğurlar arzulamışdır. Açılışdan sonra komandalar “Sıra hazırlığı” da daxil olmaqla 8 mərhələ üzrə öz güclərini sınamışdır. Hakimlər heyətinin qərarına əsasən I yerə Xətai rayon komandası, II yerə Nizami rayon komandası, III yerə isə İsmayıllı rayon komandası layiq görülmüşdür. Qaliblər və ayrı-ayrı mərhələlərdə fərqlənən komandalar Gənclər və İdman Nazirliyi və digər qurumlar tərəfindən “Fəxri Fərman”la, hədiyyələrlə mükafatlandırılmışdır.
 


10 il əvvəl