• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Nazirlik Menyu Geri

Menyu

Virtual bələdçi Elektron sənəd yoxlanışı ƏLÇATANLIQ

SPECIAL ANNOUNCEMENT

“Ümumi təhsil haqqında” Azərbaycan Respublikasının Qanunu

2022-05-06 14:01:00

İyulun 3-də Azərbaycan Respublikasının təhsil naziri Mikayıl Cabbarov Rusiya Federasiyasının Ali İqtisad Məktəbi Milli Tədqiqat Universitetinin rektoru professor Yaroslav Kuzminovun rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.

Təhsil naziri Mikayıl Cabbarov Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə həyata keçirilən təhsil islahatları və bu çərçivədə “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”nın icrası barədə qonaqlara ətraflı məlumat verib.
Y.Kuzminov rəhbərlik etdiyi ali təhsil müəssisəsinin Azərbaycandan olan tərəfdaşlarla əməkdaşlıqda maraqlı olduğunu qeyd edərək, artıq bu istiqamətdə praktiki fəaliyyətin aparıldığını və hazırkı səfərin bu əməkdaşlığın daha da dərinləşdirilməsi məqsədi daşıdığını bildirib. Qonaq rəhbərlik etdiyi ali təhsil müəssisəsinin 15 ilə yaxındır Rusiya Federasiyasında böyük nüfuza malik olduğunu və dünyanın qabaqcıl universitetləri ilə ikili diplom proqramlarına malik olduğunu qeyd edib.
Görüş zamanı Ali İqtisad Məktəbi ilə Azərbaycanın ali təhsil müəssisələri arasında birgə tədris və araşdırma proqramlarının təşkil olunması imkanları müzakirə olunub.
Ali İqtisad Məktəbi Azərbaycan Dövlət İqtisad Universiteti ilə sıx əməkdaşlıq edir və iki ali təhsil müəssisəsi arasında bakalavriat və magistratura səviyyələrində rus dilində ikili diplom proqramları həyata keçirilir.


10 il əvvəl