• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Nazirlik Menyu Geri

Menyu

Virtual bələdçi Elektron sənəd yoxlanışı ƏLÇATANLIQ

SPECIAL ANNOUNCEMENT

“Ümumi təhsil haqqında” Azərbaycan Respublikasının Qanunu

2022-05-06 14:01:00

İyulun 2-də Təhsil Nazirliyinin təşkilatçılığı ilə Sumqayıtda növbəti dərs ilindən 10-11 siniflərdə tədrisin təmayüllər üzrə təşkil olunmasına həsr edilmiş tədbir keçirilib.

Tədbirdə Təhsil Nazirliyinin İnformasiya şöbəsinin müdir müavini Cəsarət Valehov, Məktəbəqədər və ümumi təhsil şöbəsinin baş məsləhətçisi Əhliyət Adıgözəlov, təhsil ekspertləri – Şahlar Əsgərov, Əjdər Ağayev, Etibar Əliyev, təhsil müəssisələrinin rəhbərləri, müəllimlər, valideynlər və şagirdlər iştirak ediblər.
 Tədrisin təmayüllər üzrə təşkilinə dair müzakirələrdə qeyd olunub ki, təhsil nazirinin 8 iyun 2015-ci il tarixli əmrinə əsasən, 2015-2016-cı dərs ilindən Bakı, Gəncə, Sumqayıt, Mingəçevir və Şirvan şəhərlərində yerləşən 50 məktəbin 10-11-ci siniflərində tədrisin təmayüllər üzrə təşkil olunması nəzərdə tutulub. Bununla bağlı 4 təmayül istiqamət (texniki, riyaziyyat-iqtisadiyyat, humanitar, təbiət) üzrə tədris planları təsdiq edilib.
Tədrisin təmayüllər üzrə təşkilinin əhəmiyyətinə toxunan mütəxəssislər bildiriblər ki, bunun əsas məqsədi tam orta təhsil səviyyəsində təhsilin təmayüllərə görə təşkilini sınaqdan keçirməkdən və gələcəkdə həmin prosesə kütləvi keçidlə bağlı müvafiq hazırlıq işləri aparmaqdan ibarətdir. Təcrübə göstərir ki, tam orta təhsil səviyyəsində təmayülləşmənin tətbiqi şagirdlərin meyil və arzularına uyğun təşkil edildiyi üçün onlarda təlimə marağı xeyli artırır, məktəblilərin təhsil nailiyyətlərinə müsbət təsir edir.
Tədbir iştirakçılarının nəzərinə çatdırılıb ki, tədris olunacaq fənlərin sayı texniki fənlər təmayüllü siniflərdə 9-dək, riyaziyyat-iqtisadiyyat və humanitar fənlər təmayüllü siniflərdə 8-dək, təbiət fənləri təmayüllü siniflərdə 10-dək azaldılacaq. Təmayül istiqamətindən asılı olmayaraq, tədris planlarında Azərbaycan dili (rus bölməsində rus dili), xarici dil, ədəbiyyat, riyaziyyat, Azərbaycan tarixi, fiziki tərbiyə, gənclərin çağırışaqədərki hazırlığı fənləri saxlanılacaq.
Sonra müəllim, valideyn və şagirdləri maraqlandıran çoxsaylı suallar cavablandırılıb.


10 il əvvəl