SPECIAL ANNOUNCEMENT
“Ümumi təhsil haqqında” Azərbaycan Respublikasının Qanunu
2022-05-06 14:01:00
Noyabrın 7-də Təhsil Nazirliyində kollegiya iclası keçirilib.
Kollegiya iclası 2007-2008-ci dərs ilində mərkəzləşdirilmiş qaydada keçirilmiş buraxılış imtahanlarının yekunlarına və cari dərs ilində qarşıda duran vəzifələrə həsr olunmuşdu.
Kollegiya iclasında çıxış edən təhsil naziri Misir Mərdanov öncə 2006-ci ildən başlayaraq mərkəzləşdirilmiş qaydada aparılan imtahanlar, onun təhsilin keyfiyyətinin artmasında müsbət rolu barədə danışıb. Nazir bildirib ki, bu imtahanlar qiymətləndirmədə obyektivliyin təmin olunmasına real zəmin yaradır.
Sonra nazir ötən tədris ilində keçirilən mərkəzləşdirilmiş buraxılış imtahanlarının nəticələri, imtahanlar zamanı yol verilən saxtakarlıq və nöqsanlar haqqında danışıb, işə məsuliyyətsiz yanaşan bəzi məktəb direktorlarının, müvafiq təlimata əməl etməyən nəzarətçilərin adlarını açıqlayıb. Nazir həmçinin bu istiqamətdə fəallıqları ilə seçilən nəzarətçilərə təşəkkür elan edilməsinin məqsədəuyğunluğunu bildirib.
Misir Mərdanov cari tədris ilində mərkəzləşdirilmiş imtahanların Naxçıvan MR istisna olmaqla ölkəmizin bütün bölgələrini əhatə edəcəyini, sınaq-yoxlama imtahanlarının 2008-2009-cu dərs ili üzrə 1 dəfə keçiriləcəyini, ümumilikdə aparılacaq yenilikləri iştirakçıların diqqətinə çatdırıb.
Təhsil Nazirliyinin Monitorinq və qiymətləndirmə şöbəsinin müdir əvəzi Təranə Hacıyeva qeyd olunan sahə üzrə aparılan təhlillər, mövcud problemlər və qarşıda duran vəzifələrə dair ətraflı məruzə edib.
Sonda müzakirə olunan mövzu üzrə təkliflər səsləndirilib, iştirakçıları maraqlandıran suallar cavablandırılıb.
Kollegiya iclasında Nazirlər Kabineti şöbə müdirinin müavini Qurban Əmirov iştirak edib.
10 il əvvəl
Digər xəbərlər
-
“PolyUp” Azərbaycan müsabiqəsinə qeydiyyat başlayıb
4 il əvvəl -
Təhsil naziri Türkiyədə Rəqəmsal Transformasiya Ofisinin rəhbəri ilə görüşüb
4 il əvvəl -
Oktyabrda 257 nəfərin diplomu tanınıb
4 il əvvəl -
Təhsil nazirinin Türkiyəyə səfəri davam edir
4 il əvvəl -
“Qarabağı Birlikdə Quraq!” Minecraft müsabiqəsi keçirilir
4 il əvvəl