• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Nazirlik Menyu Geri

Menyu

Virtual bələdçi Elektron sənəd yoxlanışı ƏLÇATANLIQ

SPECIAL ANNOUNCEMENT

“Ümumi təhsil haqqında” Azərbaycan Respublikasının Qanunu

2022-05-06 14:01:00

Təhsil Nazirliyinin Nizami Rayon Uşaq-Gənclər Yaradıcılıq Mərkəzinin “Milli rəqs” dərnəyinin 1 İyun–Uşaqların Beynəlxalq Müdafiəsi Gününə həsr olunmuş “Bizim rəqs dünyamız” adlı hesabat konserti keçirilib.

Azərbaycan Dövlət Rus Dram Teatrında təşkil olunan tədbirdə Mərkəzin rəhbərliyi, valideynlər və dərnək üzvləri iştirak ediblər. Ənənəvi hesabat konsertini keçirməkdə məqsəd şagirdlərin 1 il ərzində əldə etdiyi bacarıqları nümayiş etdirmək, onlarda bu sahəyə olan meyili və həvəsi artırmaqdan ibarətdir.
Konsertdə mərkəzin dərnək üzvləri “Qaval”, “Vağzalı”, “İncəlik”, “Yallı” və Azərbaycanın digər milli rəqslərini, eyni zamanda dünya xalqlarının rəqslərini ifa ediblər. Mərkəzin “Mahnı teatrı”nın vokal qrupunun üzvləri də ecazkar ifaları ilə tədbir iştirakçılarının zövqünü oxşayıblar.


10 il əvvəl