• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Nazirlik Menyu Geri

Menyu

Virtual bələdçi Elektron sənəd yoxlanışı ƏLÇATANLIQ

SPECIAL ANNOUNCEMENT

“Ümumi təhsil haqqında” Azərbaycan Respublikasının Qanunu

2022-05-06 14:01:00

Bu gün məktəblərdə “Son zəng” qeyd olunur

Bu gün tədris həftəsi 5 günlük olan ümumtəhsil məktəblərində 11-ci sinfi bitirən şagirdlər üçün “son zəng” çalınıb.
 2014-2015-ci tədris ilində Bakı şəhərindəki  ümumi təhsil məktəblərinin XI sinfini 20501 şagird bitirib.
Son zəng ilə bağlı bir çox  Bakı məktəblərində tədbirlər keçirilib. Son zəng münasibətilə Qaradağ rayonu 228 nömrəli tam orta məktəbdə böyük bayram proqramı təşkil edilib. Tədbirdə nazir müavini, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdir səlahiyyətlərini müvəqqəti icra edən Ceyhun Bayramov, Qaradağ rayonun icra başçısının müavini Təranə İsmayılova, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin rəsmiləri, məktəbkollektivi və valideynlər iştirak ediblər.
Son zəng tədbirində Ceyhun Bayramov çıxış edərək 2014-2015-ci tədris ilində baş verən yeniliklərdən söz açıb. O, müəllimlərin bilik və səriştəsinin sınaq qiymətləndirilməsinin keçirilməsi, bununla əlaqədar cənab Prezident İlham Əliyevin sərəncamı ilə dövlət ümumi təhsil müəssisələrində çalışan bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsindən keçən müəllimlərin dərs yükü normasının 1,5 dəfə, vəzifə maaşlarının iki dəfə artırılması və sərəncamın müəllimlərin sosial rifahı baxımından önəmi, müəllimlərin işə başlayarkən andiçmə mərasiminin keçirilməsi kimi önəmli yenilikləri öz çıxışında xüsusilə vurğulayıb. Ceyhun Bayramov məzunlara müstəqil Azərbaycanın layiqli vətəndaşları olmağı, bilik və zəhmətləri sayəsində onun nailiyyətlərini daha da artırmağı arzulayıb.
Tədbirdə məktəbin məzunlarının iştirakı ilə mahnılar, rəqslərdən ibarət konsert proqramı nümayiş etdirilib və səhnəciklər göstərilib.
Qeyd edək ki, tədris həftəsi 6 günlük olan məktəblərin məzunları üçün "Son zəng” tədbiri isə mayın 30-da təşkil olunacaqdır.


10 il əvvəl