• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Nazirlik Menyu Geri

Menyu

Virtual bələdçi Elektron sənəd yoxlanışı ƏLÇATANLIQ

SPECIAL ANNOUNCEMENT

“Ümumi təhsil haqqında” Azərbaycan Respublikasının Qanunu

2022-05-06 14:01:00

"Bakı-2015" I Avropa Oyunlarının proqramına daxil olan idman növlərinin məktəblilər arasında təbliğinə həsr edilmiş kütləvi idman tədbirləri çərçivəsində Bakı şəhərində badminton və voleybol idman növləri üzrə zona yarışı keçirilib.

Bakı Slavyan Universitetnin idman zalında keçirilən badminton yarışına Bakı şəhərinin rayonları üzrə 100 nəfərə yaxın 7-17 yaş arası məktəbli qız və oğlan qatılıb. Tədbirin açılış hissəsində idmançılar badmintonun müxtəlif növləri üzrə nümunəvi çıxışlar ediblər.
Yarışın nəticələrinə əsasən, komanda hesabında 1-ci yeri Yasamal, 2-ci yeri Xətai, 3-cü yeri Binəqədi rayonunun komandaları tutub.
Daha bir idman yarışı Azərbaycan Dövlət İqtisad Universitetnin idman zalında baş tutub. Burada məktəblilər arasında voleybol idman növü üzrə zona yarışı keçirilib. Qalib adı uğrunda mübarizəyə Bakı şəhərinin rayonları üzrə 12 komanda qatılıb.
Komanda hesabında 1-ci yeri Səbail, 2-ci yeri Suraxanı, 3-cü yeri Xəzər rayonunun komandaları tutublar.
Yarışların açılış mərasimlərində Təhsil Nazirliyinin və idman ictimaiyyətinin nümayəndələri iştirak ediblər.
Qaliblər Təhsil Nazirliyinin diplom və medalları ilə təltif olunub.


10 il əvvəl