SPECIAL ANNOUNCEMENT
“Ümumi təhsil haqqında” Azərbaycan Respublikasının Qanunu
2022-05-06 14:01:00
Təhsil Nazirliyinin ilk peşə və orta ixtisas təhsili müəssisələrinin şagird və tələbələri arasında keçirilən ifa üzrə Respublika müsabiqəsinin zona mərhələsinə yekun vurulub.
Müsabiqənin keçirilməsində əsas məqsəd ilk peşə və orta ixtisas təhsili müəssisələrinin şagird və tələbələrinin asudə vaxtlarını səmərəli təşkil etmək, xüsusi istedada malik gəncləri üzə çıxarmaq, gənclərin ifa mədəniyyətini yüksəltmək, onlarda musiqiyə, şeirə, rəqsə məhəbbət hissləri aşılamaq, Azərbaycan bəstəkarlarının əsərləri, xalq mahnıları və milli rəqslərin öyrənilməsi istiqamətində aparılan işləri daha da inkişaf etdirmək, gənc nəslin milli-mənəvi, estetik tərbiyəsini yüksəltməkdən ibarətdir.
Müsabiqə Azərbaycan bəstəkarlarının estrada mahnıları, təsnif və xalq mahnıları, şeir, milli rəqs nominasiyaları üzrə keçirilib.
Müsabiqənin zona mərhələsi martın 2-dən aprelin 16-dək Gəncə, Lənkəran, Qəbələ, Ağcabədi, Şamaxı, Sumqayıt, Şirvan və Bakıda keçirilib. Zona mərhələsində hər nominasiya üzrə I və II yerləri tutan şagirdlər və tələbələr aprelin 24-də Bakı Sosial Pedaqoji Kollecində keçiriləcək respublika mərhələsində iştirak etmək hüququ qazanıblar.
Qeyd edək ki, Təhsilalan Gənclərin Respublika Bədii Yaradıcılıq Evinin əməkdaşları yerlərdə yaradılmış münsiflər heyəti ilə birgə müsabiqənin obyektiv keçirilməsi və iştirakçılardan daha istedadlılarının Respublika mərhələsinə seçilməsinə köməklik göstəriblər.
10 il əvvəl
Digər xəbərlər
-
“PolyUp” Azərbaycan müsabiqəsinə qeydiyyat başlayıb
4 il əvvəl -
Təhsil naziri Türkiyədə Rəqəmsal Transformasiya Ofisinin rəhbəri ilə görüşüb
4 il əvvəl -
Oktyabrda 257 nəfərin diplomu tanınıb
4 il əvvəl -
Təhsil nazirinin Türkiyəyə səfəri davam edir
4 il əvvəl -
“Qarabağı Birlikdə Quraq!” Minecraft müsabiqəsi keçirilir
4 il əvvəl