• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Nazirlik Menyu Geri

Menyu

Virtual bələdçi Elektron sənəd yoxlanışı ƏLÇATANLIQ

SPECIAL ANNOUNCEMENT

“Ümumi təhsil haqqında” Azərbaycan Respublikasının Qanunu

2022-05-06 14:01:00

Qeyd olunduğu kimi bu gün Respublika fənn olimpiadalarının final mərhələsi keçirilir.

Ölkəmizin müxtəlif bölgələrindən gələn olimpiada iştirakçılarının və onların valideynlərinin təəssüratlarını təqdim edirik.
 
Həbibova Lamiyə, Gəncə şəhəri, 25 nömrəli məktəbin şagirdi, tarix fənni
-  İmtahanların keçirilməsi üçün çox yaxşı şərait yaradılıb. Dünəndən burdayıq. Yaxşı istirahət edib imtahana açıq zehinlə başladım. Əminəm ki, yaxşı yer tutacam.
Dadaşov Taleh, Bakı şəhəri 271 nömrəli tam orta məktəbin şagirdi, Azərbaycan dili və ədəbiyyat
-  Suallar maraqlı idi, sakit şəraitdə hamısını həll elədim. İmtahandan bir gün qabaq burda olmağımız əməlli-başlı bizim üçün maraqlı günə çevrildi.
Kərimova Türkan, Mingəçevir şəhəri 5 nömrəli orta məktəbin şagirdi, Azərbaycan dili və ədəbiyyat fənni
-  Mingəçevirdən bura gələndə çox həyəcanlı idim. Amma qarşılanma xoşuma gəldi. Bir gün qabaqdan burdayıq. Yaxşı dincəldim, yaxşı vaxt keçirdik, bu gün imtahana da həvəslə girdim. Yer tutacağımı gözləyirəm.
Məmmədli İlhamə, Tovuz rayonu 1 nömrəli tam orta məktəbin şagirdi, tarix fənni
-  Təşkilatçıların bizə qayğısı xoşuma gəldi. Bura gələndə ancaq imtahanı fikirləşirdim və həyəcanlanırdım. Ancaq gəldik bura, bir gün qaldıq, əyləndik və imtahan həyəcanı demək olar ki yox oldu.
Məmmədova Cəmilə, İsmayıllı rayonu Xankəndi məktəbin şagirdi, coğrafiya fənni
-  İmtahanda yaxşı iştirak etdim, düzdü, narahatam nəticəmdən. Burda elə gözəl gün keçiririk ki, gələndən həyəcanım yox olub.
Şahverənova Simarə, Cəbrayıl rayonu Xanış Rüstəmov adına orta məktəbin şagirdi
-  İlk dəfə idi ki, imtahana həvəslə girirdim. Burda keçirdiyimiz anlar mənim xatirimdə həmişəlik qalacaq.
Həsənov Muxtar, Astara rayonu 3 saylı tam orta məktəbin şagirdi, tarix fənni
-  Bu dəfəki olimpiada mənim üçün təkcə imtahandan ibarət olmadı. Burda mən müxtəlif rayonlardan yaşıdlarımla tanış oldum, birlikdə gəzdik, oyunlarda iştirak etdik. Çox maraqlıdı. 
Hüseynova Gülbəniz, Cəbrayıl rayonu 10 nömrəli tam orta məktəbin şagirdi, tarix fənni
-  Olimpiada sualarını hamısını yazmışam. Yer tutacağıma əminəm. Dünəndən burdayıq, xeyli dost qazandım bu dəfəki olimpiadada.
Əmirov Ülvi, Göygöl rayonu 3 nömrəli tam orta məktəbin şagirdi, biologiya fənni
-  Birinci dəfədir ki, belə maraqlı bilik yarışında iştirak edirəm. Ümumilikdə, olimpiadanın belə təşkili çox xoşuma gəldi. Burda keçirdiyim günlər yadımdan çıxmaz.
 İsmayılova Sima, Bakı şəhəri
-  Bu olimpiadada mənim qızım Aygül iştirak edir. O 204 nömrəli məktəbdən bu yarışmaya qatılıbdır. Olimpiadanın təşkilatçılarına öz təşəkkürümü bildirmək istəyirəm. Qarşılanma və yerləşdirmə xoşuma gəldi.
Hacıyeva Rəhimə, Yevlax rayonu
-  Nəvəmi olimpiadaya gətirmişəm. Uşaq artıq 2 gündü bu oteldə qalır. Xoşuna gəlib, biz də rahatıq ki, rayondan gələnlərə belə şərait yaradıblar.
Musayeva Maral, Tovuz rayonu
-  Qızım Səidə Aşağı Quşçu kəndində oxuyur. Onu olimpiadaya gətirmişəm. Rayonda yüksək bal toplayıb finala çıxıb. Sevinirik ki, qızım finala düşüb, qızımın isə burdan xoşu gəlib.
 


10 il əvvəl