• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Nazirlik Menyu Geri

Menyu

Virtual bələdçi Elektron sənəd yoxlanışı ƏLÇATANLIQ

SPECIAL ANNOUNCEMENT

“Ümumi təhsil haqqında” Azərbaycan Respublikasının Qanunu

2022-05-06 14:01:00

Aprelin 2-də Təhsil Nazirliyinin 5 nömrəli Bakı Peşə Liseyində xidmət sahələrinə kadr hazırlığı layihələrinin təqdimat mərasimi keçirilib.

Tədbirdə təhsil naziri Mikayıl Cabbarov və nazirliyin digər rəhbər şəxsləri, xidmət sektorunda fəaliyyət göstərən sahibkarlar iştirak ediblər.
Layihələrin təqdimatı zamanı məlumat verilib ki, Təhsil Nazirliyi ilə “Abşeron Hotel Group” MMC arasında razılaşmaya əsasən, 5 nömrəli Bakı Peşə Liseyində ekspertlər tərəfindən 430 şagirdə beynəlxalq standartlara uyğun təlimlər keçiriləcək. Bu təlimlərin məqsədi I Avropa Oyunlarının keçirilməsi ərəfəsində Bakıda istifadəyə veriləcək yeni beş ulduzlu “Bulvar Hotel” və “İnturist Hotel” mehmanxanaları üçün kadr ehtiyatı yaratmaqdır.
Layihələrlə tanışlıq mərasimində çıxış edən təhsil naziri Mikayıl Cabbarov peşə təhsili sahəsində belə miqyasda təlim layihəsinin ilk dəfə həyata keçirildiyini bildirib. Nazir bu layihənin turizm-xidmət sahəsinin kadrlarla təmin olunmasına böyük töhfə verəcəyini vurğulayıb. Təlimlərdən keçən gənclər Avropa Oyunları ərəfəsində istifadəyə veriləcək mehmanxanalarda və “Absheron Hotel Group” MMC-nin tərkibinə daxil olan digər restoranlar şəbəkəsində işlə təmin olunmaq şansı qazanacaqlar.
“Absheron Hotel Group” MMC-nin direktoru Mark Harald Ehler çıxışında 2015-ci ilin iyununda keçiriləcək Avropa Oyunları ilə əlaqədar ölkəmizə idmançılarla birgə çoxsaylı qonaqların gələcəyini xatırladıb. Bunun üçün xidmət sahələrinin beynəlxalq stantdartlara uyğunlaşdırılması ilə yanaşı kadrların peşəkarlıq səviyyəsinin artırılması da əsas məsələlərdəndir.
Rəsmi hissədən sonra qonaqlar liseydə layihə çərçivəsində keçirilən təlim prosesini izləyiblər.
Daha sonra, tədbir iştirakçıları “Müasir Azərbaycan Peşəkarları” layihəsi çərçivəsində yeni yaradılmış mühafizəçi kurslarının təlim otaqları eləcə də hərbi kabinet ilə tanış olub, “Eldar studio” şirkəti ilə birgə tədris olunan bərbərlik ixtisası üzrə təlim prosesini izləyiblər.


10 il əvvəl