• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Nazirlik Menyu Geri

Menyu

Virtual bələdçi Elektron sənəd yoxlanışı ƏLÇATANLIQ

SPECIAL ANNOUNCEMENT

“Ümumi təhsil haqqında” Azərbaycan Respublikasının Qanunu

2022-05-06 14:01:00

Təhsil Nazirliyinin Respublika Ekoloji Mərkəzində “Müasir dövrdə məktəblilərin ekoloji təhsili və tərbiyəsi” mövzusunda işçi seminar keçirilib.

Tədbirdə Bakı şəhərində fəaliyyət göstərən ekoloji tərbiyə və təcrübəçilik mərkəzlərinin, turizm və diyarşünaslıq mərkəzlərinin əməkdaşları, məktəbdənkənar təhsil müəssisələrinin direktorları, metodistlər və dərnək rəhbərləri iştirak edib.
Seminarın keçirilməsində məqsəd məktəblilərin ekoloji təhsil və tərbiyəsi sahəsində məktəbdənkənar təhsil müəssisələrinin fəaliyyət perspektivlərinin, bu sahədə QHT-lərin iş təcrübəsinin, ictimaiyyətin maaarifləndirmə tədbirlərində iştirakının müzakirəsindən ibarətdir.
Tədbirdə eyni zamanda ekoloji tərbiyə və təcrübəçilik mərkəzləri əməkdaşlarının dərnək məşğələlərində yeni təlim üsullarının, müasir metodikanın tətbiqi, kütləvi ekoloji tədbirlərin, ekskursiyaların və ekoturizm səyahətlərinin təşkili sahəsində metodistlərin və dərnək rəhbərlərinin iş təcrübəsi açıqlanıb. Çıxış edənlər ekoloji biliklərin tədrisinin müasir tələblər səviyyəsində təkmilləşdirilməsi, ətraf mühitn qorunması, təbii sərvətlərin davamlı istifadəsi sahəsində ekoloji bilik və bacarıqların inkişaf etdirilməsi məsələlərinə diqqət yönəldiblər. 
Seminarda ekoloji təhsil sahəsində “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”ndan irəli gələn vəzifələrin həyata keçirilməsi, ekoloji təhsil və tərbiyə sahəsində beynəlxalq təcrübədən istifadə kimi məsələlər də müzakirə olunub.  
Təhsil Nazirliyinin Məktəbdənkənar fəaliyyətin təşkili şöbəsinin müdir əvəzi Vasif Məmmədov çıxış edərək, ekoloji təhsilin inkişaf perspektivləri barədə fikirlərini bildirib, müasir təlim üsulları və texnologiyalarının tətbiqinin zəruriliyini qeyd edib. Eyni zamanda V.Məmmədov beynəlxalq “GİZ” təşkilatının əməkdaşlığı ilə hazırlanacaq ekoloji tərbiyə və təcrübəçilik mərkəzlərinin yeni inkişaf konsepsiyası haqqında məlumat verib.
Sonra Respublika Ekoloji Tərbiyə və Təcrübəçilik Mərkəzinin (RETTM) direktor müavini Lalə Dadaşova bu sahədə görülən işlərin təqdimatını keçirib.
RETTM-in direktoru Firuzə Sultan-zadə ekoloji təhsil və tərbiyə sahəsində “Ekosfera” təşkilatının iş təcrübəsi, beynəlxalq təşkilatlarla əməkdaşlıq şəraitində həyata keçirilən 60-a qədər ekoloji layihə barədə ətraflı məlumat verib. O, bu sahədə Avropanın qabaqcıl ölkələrində aparılan işlərin müsbət təcrübəsindən faydalanaraq Azərbaycanda ekoloji tərbiyə və təcrübəçilik mərkəzlərinin fəaliyyətinin müasir tələblər səviyyəsində yenidən qurulmasını təklif edib.
Seminar müzakirələrlə davam etdirilib.


10 il əvvəl