• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Nazirlik Menyu Geri

Menyu

Virtual bələdçi Elektron sənəd yoxlanışı ƏLÇATANLIQ

SPECIAL ANNOUNCEMENT

“Ümumi təhsil haqqında” Azərbaycan Respublikasının Qanunu

2022-05-06 14:01:00

Martın 10-da Təhsil Nazirliyinin Azərbaycan Futbol Federasiyaları Assosiasiyası ilə birgə təşkil etdiyi məktəblilərin mini futbol üzrə Bakı şəhər çempionatının açılış mərasimi keçirilib.

Tədbirdə təhsil nazirinin müavini Firudin Qurbanov, AFFA-nın baş katibi Elxan Məmmədov, idman ictimaiyyətinin nümayəndələri və ümumtəhsil məktəblərinin rəhbərləri iştirak edib.
Əvvəlcə Dövlət Himni səsləndirilib. Mərasimdə çıxış edən təhsil nazirinin müavini Firudin Qurbanov qeyd edib ki, çempionatın keçirilməsində məqsəd “Azərbaycan Respublikasında 2005-2015-ci illərdə futbolun inkişafına dair Dövlət Proqramı”ndan irəli gələn vəzifələri yerinə yetirmək, Bakı şəhərində keçiriləcək I Avropa Oyunlarını təbliğ etmək, məktəbli futbolçuların idman ustalıqlarını artırmaq və yeniyetmələri sağlam həyat tərzinə cəlb etməkdən ibarətdir.
Təhsil Nazirliyinin idmanın inkişafı istiqamətində həyata keçirdiyi tədbirlər haqqında məlumat verən F.Qurbanov bildirib ki, ümumi təhsil, ilk peşə-ixtisas, orta ixtisas və ali təhsil müəssisələrinin şagird və tələbələri arasında mütəmadi olaraq yarış, turnir və çempionatlar təşkil olunur. 
Hazırda təhsil sistemində 2 ixtisaslaşmış uşaq-gənclər futbol məktəbi və 60 uşaq-gənclər idman məktəbində futbol bölməsi fəaliyyət göstərir. Həmin məktəblərdə 11 mindən çox yeniyetmə və gənc futbolla məşğul olur, 400-ə yaxın məşqçi-müəllim çalışır. 
Nazir müavini yeni idman meydançalarının salınması istiqamətində də əhəmiyyətli işlər görüldüyünü vurğulayıb. Eyni zamanda uşaq-gənclər futbol məktəblərinin və idman məktəblərində fəaliyyət göstərən futbol bölmələrinin məşqçi-müəllimlərinin peşəkarlıq səviyyəsini artırmaq, ehtiyat futbolçu hazırlığına təkan vermək məqsədilə AFFA ilə birgə “Vətən” Respublika İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq-Gənclər Futbol Məktəbinin bazasında “C” kateqoriyalı məşqçi kurslarının təşkil olunması planlaşdırılır.    
Bakı şəhəri üzrə Təhsil İdarəsinin müdir müavini Məhəbbət Vəliyeva belə yarışların şagirdlərin ümumilikdə təhsilə marağının artmasına səbəb olduğiunu deyib. İdman yarışları həm də məktəblilərin asudə vaxtlarını daha faydalı keçirməsinə stimul yaradır.    
Rəsmi açılış mərasimindən sonra məktəblilərin mini futbol üzrə Bakı şəhər çempionatının 2-ci mərhələsinin oyunlarına start verilib. Bu mərhələdə yarışlar yarımqruplar üzrə təşkil olunub. Sonuncu mərhələdə isə yarımqrupların qalibləri qarşılaşacaq.
Qeyd edək ki, çempionatın birinci mərhələsi Bakı şəhərində yerləşən 15 məktəbin idman zalında keçirilib. Bu mərhələdə paytaxtın 305 məktəbindən 3660 nəfər VIII sinif şagirdi iştirak edib.
Çempionat aprelin 6-dək davam edəcək. Yarışda I, II və III yeri tutan komandalar diplom, kubok və qiymətli hədiyyələri ilə təltif olunacaqlar.


10 il əvvəl