• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Nazirlik Menyu Geri

Menyu

Virtual bələdçi Elektron sənəd yoxlanışı ƏLÇATANLIQ

SPECIAL ANNOUNCEMENT

“Ümumi təhsil haqqında” Azərbaycan Respublikasının Qanunu

2022-05-06 14:01:00

Martın 6-da Azərbaycan Memarlıq və İnşaat Universitetinin Memarlıq fakültəsi binasının əsaslı təmirdən sonra açılışı olub.

Açılış mərasimində təhsil naziri Mikayıl Cabbarov, universitetin professor-müəllim heyəti və tələbələr, QHT rəhbərləri, təhsil ekspertləri iştirak ediblər.
Rəmzi açılışı bildirən qırmızı lent kəsildikdən sonra qonaqlar yenidənqurma işləri ilə tanış olublar. Bildirilib ki, ötən əsrin 30-cu illərində inşa olunmuş binanın əsaslı təmirinə 2014-cü ilin avqustunda başlanılıb. Təhsil Nazirliyi tərəfindən həyata keçirilmiş tikinti işləri müasir infrastrukturun yaradılması üçün tələb olunan qaydalara uyğun aparılıb. Ümümi sahəsi 4 min kvadratmetrdən çox olan yeni binada 20 auditoriya, kompüter otağı, kitabxana, elektron oxu zalı, konfrans otağı yaradılıb.
Binaya baxış keçirən qonaqlar üçün elektron kitabxananın təqdimatı keçirilib. Pedaqoji heyət və tələbələr üçün yaradılan şəraitlə maraqlanan mərasim iştirakçıları auditoriyalara və kafedra otağına baxıb, “Nadir kitablar Fondu”ndakı əyani vəsaitləri nəzərdən keçiriblər.
Sonra yeni binanın akt zalında elmi şura ilə görüş keçirilib. Mərasim iştirakçılarını salamlayan Azərbaycan Memarlıq və İnşaat Universitetinin rektoru Gülçöhrə Məmmədova təhsil ocaqlarının infrastrukturunun yaxşılaşdırılmasının, maddi-texniki bazanın müasirləşdirilməsinin təlim-tədrisin keyfiyyətinə əhəmiyyətli dərəcədə təsir etdiyini vurğulayıb.
Tədbirdə çıxış edən təhsil naziri Mikayıl Cabbarov ölkəmizdə təhsilin inkişafına göstərilən dövlət qayğısından danışıb. “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”na uyğun olaraq təhsil müəssisələrinin yenidən qurulması, onların maddi-texniki bazasının gücləndirilməsi istiqamətində işlərin genişləndiyini qeyd edən nazir təhsilalanlar üçün yaradılan şəraitin ölkəmizin müasir kadrlara olan tələbatının ödənilməsinə, yüksək səviyyəli mütəxəssislərin hazırlanmasına töhfə verdiyini vurğulayıb. Nazir bildirib ki, tədris ocaqları üçün yeni binalar inşa olunarkən və ya mövcud tikililər əsaslı təmir edilərkən həmin təhsil müəssisələrində müasir informasiya-kommunikasiya texnologiyalarının tətbiqinə imkan verən infrastrukturun yaradılması prioritet hədəf kimi qarşıya qoyulur.


10 il əvvəl