SPECIAL ANNOUNCEMENT
“Ümumi təhsil haqqında” Azərbaycan Respublikasının Qanunu
2022-05-06 14:01:00
Ümumi məlumat
Məktəbdənkənar təhsil uşaq, yeniyetmə və gənclərin maraq, meyl və bacarıqlarının, intellektual səviyyələrinin, yaradıcılıq qabiliyyətlərinin inkişafı, fiziki imkanlarının artırılmasını təmin edən təhsil növüdür.
İdman
Təhsil Nazirliyi sistemində fəaliyyət göstərən idman profilli məktəbdənkənar təhsil müəssisələrinin siyahısı:
İdman növləri:
İdman profilli məktəbdənkənar təhsil müəssisələrində aşağıda qeyd olunan 29 idman növü üzrə bölmələr fəaliyyət göstərir:
1. Ağır atletika
2. Atletika
3. Idman gimnastikası;
4. Bədii gimnastika
5. Batut
6. Baydarka və kanoye;
7. Boks
8. Basketbol
9. Badminton
10. Karate
11. Cüdo
12. Futbol
13. Əl topu
14. Tennis
15. Stolüstü tennis
16. Sərbəst güləş
17. Yunan-roma güləşi
18. Üzgüçülük
19. Otüstü xokkey
20. Taekvando
21. Voleybol
22. Velosiped idmanı
23. Qılıncoynatma
24. Akrobatika gimnastikası
25. Tamblinq
26. Sambo
27. Atıcılıq
28. Şahmat
29. Dama
Yaradıcılıq
Təhsil Nazirliyi sistemində fəaliyyət göstərən yaradıcılıq profilli məktəbdənkənar təhsil müəssisələrinin siyahısı:
Yaradıcılıq profilli məktəbdənkənar təhsil müəssisələrində aşağıda qeyd olunan istiqamətlər üzrə üzrə bölmələr fəaliyyət göstərir:
1. Təsviri incəsənət
2. Dekorativ-tətbiqi sənət
3. Xoreoqrafiya
4. Musiqi
5. Bədii yaradıcılıq
6. Texniki yaradıcılıq
7. İntellekt
8. Ekologiya
9. Turizm və diyarşünaslıq
10. Fiziki tərbiyə.
Məktəbdənkənar təhsil müəssisələrinin dərnək və qruplarına qəbul qaydaları
Təhsil Nazirliyi sistemində fəaliyyət göstərən məktəbdənkənar təhsil müəssisələrində qısa müddətli dərnəklər istisna olmaqla dərnək məşğələləri sentyabrın 15-dən gec olmayaraq başlayır və bir qayda olaraq növbəti ilin iyun ayının 14-də başa çatdırılır. Dərnək və qruplarda komplektləşdirmə sentyabr-oktyabr aylarında aparılır. Dərnəklər proqramın tələblərindən asılı olaraq bütün tədris ili boyu, eləcə də daha qısa müddət üçün təşkil oluna bilər. Məktəbdənkənar təhsil müəssisələrinə qəbul üçün şagirdlər elektron qaydada https://portal.edu.az/ linki vasitəsilə və birbaşa müəssisələrə müraciət edərək aşağıdakı sənədləri təqdim etməklə müvafiq dərnəklərə qoşula və məşğul ola bilər:
-şagirdin və ya valideynin (onu əvəz edən şəxsin) ərizəsi;
-şəxsiyyət vəsiqəsi və doğum haqqında şəhadətnamənin surəti;
-sağlamlıq haqqında arayış (idman, texniki idman, turizm, xoreoqrafiya qruplarına qəbul zamanı);
-1 ədəd 3x4 ölçüdə fotoşəkil.