• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Nazirlik Menyu Geri

Menyu

Virtual bələdçi Elektron sənəd yoxlanışı ƏLÇATANLIQ

SPECIAL ANNOUNCEMENT

“Ümumi təhsil haqqında” Azərbaycan Respublikasının Qanunu

2022-05-06 14:01:00

Təhsil müəssisələrini dəyişmək qaydaları

II. Şagirdlərin yerdəyişməsi

 2.1. Bu "Qaydalar" ümumtəhsil məktəb şagirdlərinin  təhsil aldıqları müddətdə ölkə daxilində, eləcə də ölkədən kənara, habelə digər ölkələrdən Azərbaycana yerdəyişməsi ilə bağlı qaydaları müəyyən edir.

2.2. Ölkə daxilində I-IX sinif  şagirdlərinin bir məktəbdən digərinə yerdəyişməsi aşağıdakı kimi tənzimlənir:

2.2.1. Övladını digər məktəbə dəyişmək istəyən valideyn (digər qanuni nümayəndə) onun hazırda oxuduğu məktəbin direktoruna yerdəyişmənin səbəbi, yerdəyişmə nəzərdə tutulan rayon (şəhər), məktəb göstərilməklə  ərizə ilə müraciət edir.

2.2.2. Məktəbin direktoru şagirdin dəyişiləcəyi məktəbin direktoruna (vəziyyətdən asılı olaraq təhsil şöbəsinin (idarəsinin) müdirinə) onun hazırda bu məktəbin müvafiq sinfində oxuması barədə məktub hazırlayır.

2.2.3. Valideyn (digər qanuni nümayəndə) həmin məktubu əlavə etməklə övladının təhsil alacağı məktəbin direktoruna ərizə ilə müraciət edir.

2.2.4. Məktəbin direktoru şagirdin təhsil aldığı məktəbin direktoruna  onun müvafiq  sinfə qəbul olunduğu və şəxsi işinin göndərilməsi haqda  arayış verir.

2.2.5. Həmin arayış əsasında valideyn (digər qanuni nümayəndə) övladının şəxsi işini alıb təhsilini davam etdirəcəyi məktəbin direktoruna təqdim edir.

2.2.6. Hesabat dövründə (15 sentyabr-1oktyabr) şagirdlərin yerdəyişməsinə icazə verilmir.

2.3. Lisey və gimnaziyalara, təmayüllü ümumtəhsil məktəblərinə, məktəb-liseylərdəki lisey siniflərinə, özəl məktəblərə, xüsusi tədris proqramı ilə işləyən digər ümumtəhsil məktəblərinə, eləcə də ümumtəhsil məktəblərindən həmin qəbildən olan müəssisələrə şagirdlərin yerdəyişməsi bu "Qaydalar" əsas tutulmaqla yuxarıda qeyd edilən  təhsil müəssisələrinin  nizamnamələrinə uyğun həyata keçirilir.

2.4. Məcburi köçkün məktəblərində təhsil alan məcburi köçkün olmayan şagirdlər yalnız yerli məktəblərə köçürülə bilər.

2.5. Yerli məktəblərdə oxuyan I-XI sinif şagirdlərinin məcburi köçkün məktəblərinə yerdəyişməsinə icazə verilmir.

2.6. Tam orta təhsil səviyyəsində (X-XI siniflər) təhsil alan şagirdlərin yerdəyişməsinə Təhsil Nazirliyi tərəfindən aşağıdakı hallarda razılıq verilir:

Şagird:

2.6.1. Yaşayış yeri ərazisindəki (kənd, qəsəbə, rayon, şəhər) digər ümumtəhsil məktəbinə keçdikdə.

2.6.2. Ailəsi ilə birlikdə başqa yaşayış yerinə (rayona, şəhərə) köçdükdə.

2.6.3. Müvəqqəti məskunlaşdığı rayondan (şəhərdən) daimi qeydiyyatda olduğu yaşayış yerinə köçdükdə.

2.6.4. Valideynlərinin respublikadan kənara uzunmüddətli ezamiyyəsi və müxtəlif səbəblərdən valideyn nəzarətindən kənarda qalması rəsmi sənədlərlə təsdiq edildikdə.

2.6.5. Müxtəlif səbəblərdən özəl ümumi təhsil müəssisələrində, xüsusi tədris proqramları tətbiq edilən  lisey və gimnaziyalarda təhsilini davam etdirməsi mümkün olmadıqda.

2.7. X-XI sinif şagirdlərinin yerdəyişməsi ilə əlaqədar  bu "Qaydalar"ın 2.6-cı bəndində nəzərdə tutulmuş hər bir halla bağlı valideynin (digər qanuni nümayəndənin) ərizəsinə bilavasitə müvafiq  rayon (şəhər) təhsil şöbəsində (idarəsində) baxılır, diqqətlə araşdırılır, bu barədə Təhsil Nazirliyinə məlumat verildikdən sonra qərar qəbul edilir.

2.8. Təhsil şöbələri (idarələri) digər rayon və şəhərlərdən ərazilərindəki ümumtəhsil məktəblərinə keçirilmiş X-XI  sinif şagirdlərinin dərsə davamiyyəti üçün şəxsən məsuliyyət daşıyırlar.

2.9. IX və XI sinif şagirdlərinin ölkə daxilində yerdəyişməsi hər il martın 1-dək həyata keçirilir.

2.10. Respublikadan kənarda yaşayan Azərbaycan vətəndaşları Azərbaycana qayıtdıqda onların rus və gürcü dillərində təhsil almış övladlarının köçdükləri ərazidə təhsillərini davam etdirmələri aşağıdakı kimi tənzimlənir:

2.10.1. Bütün hallarda I-XI sinif  şagirdləri müəyyən edilmiş məktəblərə valideynin ərizəsi və əvvəl oxuduğu məktəbin direktoru tərəfindən təsdiq olunmuş aşağıdakı sənədlərdən birinin əsasında qəbul edilirlər:

  •    şəxsi iş;
  •    qiymət cədvəli;
  •    şagirdin müəyyən dövrə qədər oxuduğu barədə arayış.

2.10.2. Azərbaycana qayıdanadək təhsil aldığı ölkədə ümumi orta təhsil səviyyəsini bitirib müvafiq təhsil sənədi almış şagirdlər həmin sənəd və valideynin ərizəsi əsasında Azərbaycan məktəbində X sinfə qəbul edilirlər.

2.10.3. Ölkədən kənarda təhsil almış Azərbaycan vətəndaşlarının XI siniflərə yerdəyişməsi yalnız dərs ilinin birinci yarımilinin sonunadək həyata keçirilir.

2.10.4. Bu "Qaydalar"ın 2.10.1-ci bəndində nəzərdə tutulan sənədlərdən heç biri olmadığı halda:

2.10.4.1. I-IV siniflərdə oxuduğu iddia edilən şagirdlərin həmin siniflərin təhsil proqramlarına (kurikulumlarına) uyğun hazırlıq  səviyyəsi yerli təhsil orqanları tərəfindən yaradılmış komissiya vasitəsilə yoxlanılıb müvafiq qərar qəbul edilir. Komissiyanın rəyi əsas tutulmaqla şagirdin müvafiq sinfə qəbulu məktəbdə rəsmiləşdirilir və ona şəxsi iş açılır.

2.10.4.2. V-XI siniflərdə oxuduğu iddia edilən şagirdlərin hazırlıq səviyyəsi yerli təhsil orqanlarının təqdimatı əsasında Təhsil Nazirliyində xüsusi tapşırıq və testlər vasitəsilə yoxlanılır və yazılı yekun rəy yerlərə göndərilir. Həmin rəy şagirdin müvafiq sinfə qəbulu üçün əsas sayılır.

2.10.5. Azərbaycan dilini təlim dili səviyyəsində bildikləri halda, I-V sinif şagirdləri təlim Azərbaycan dilində olan siniflərə qəbul edilə bilərlər. Həmin şagirdlərin təlim dilini dəyişməsinə valideynin ərizəsinə əsasən, məktəbdə baxılır və müvafiq qərar qəbul olunur.

2.10.6. Təlim rus və ya gürcü dilində olan məktəblərə qəbul edilmiş şagirdlərə əvvəl oxuduqları məktəbdə tədris olunmayan fənlərdən (Azərbaycan dili, Azərbaycan tarixi, Azərbaycan coğrafiyası və s.) əlavə məşğələlər təşkil edilir.

2.10.7. VIII-XI siniflərdə oxuyan şagirdlər əvvəl təhsil aldıqları  ölkədəki ümumi təhsilin müddətindən asılı olmayaraq, Azərbaycan məktəbində 1 (bir) sinif aşağı qəbul edilirlər. Bu qayda digər ölkədə 3 il və daha artıq müddətdə təhsil alanlara şamil edilir.

2.11. Xarici ölkələrdə  Azərbaycanın ümumtəhsil məktəblərindəki təlim dillərindən fərqli hər hansı bir başqa dildə təhsil almış Azərbaycan vətəndaşlarının övladlarının Azərbaycandakı dövlət ümumi təhsil müəssisələrinə qəbuluna valideynlərin və şagirdlərin arzularına görə, yalnız uyğun təlim dillərindən biri üzrə xüsusi hazırlıq keçib həmin dili mənimsədikləri təsdiq olunduğu halda razılıq verilə bilər.

2.12. Bu və ya digər səbəblərdən respublikadan kənara gedən şagirdlərin şəxsi işinin verilməsi üçün əsas valideynin (digər qanuni nümayəndənin)  ərizəsi hesab olunur.

2.13. Məktəbin rəhbərliyinə rəsmi qaydada xəbərdarlıq edilmədən şagirdin respublikadan kənara getməsi məktəb rəhbərlərinin, sinif rəhbərinin və aidiyyəti təşkilatların (mənzil-kommunal istismar sahəsi, ərazi icra  nümayəndəliyi) nümayəndələrinin iştirakı ilə tərtib edilən müvafiq aktla təxirə salınmadan rəsmiləşdirilir, şagirdin şəxsi işi məktəbdə saxlanılmaqla onun kontingent sıralarından çıxarılması barədə əmr verilir.

Həmin şagirdlər müəyyən müddətdən sonra geri qayıtdıqda onların təhsillərini davam etdirmələri bu "Qaydalar"ın 2.10-cu bəndinə uyğun həyata keçirilir.

2.14. Müəyyən sinfədək təhsil alması rəsmi sənədlərlə təsdiq edilən, lakin həmin müddətdən sonra üzrlü və ya üzrsüz səbəbdən 2 (iki) ildən çox olmamaq şərtilə icbari təhsildən kənarda qalan II-VIII sinif şagirdlərinin valideynin ərizəsinə əsasən istisna hal kimi məktəb direktorları tərəfindən  növbəti sinfə qəbul edilməsinə icazə verilir.

2.15. Tabeliyindən asılı olmayaraq, ixtisaslaşdırılmış  ümumi təhsil müəssisələrindən şagirdlərin  ümumtəhsil məktəblərinə yerdəyişməsinə valideynin müraciətinə əsasən, fərdi qaydada Təhsil Nazirliyində baxılıb müvafiq qərar qəbul edilir.

2.16. "Təhsil haqqında" Azərbaycan Respublikasının Qanununa görə, ümumi orta təhsil icbari hesab edildiyindən bu təhsil bazasından ilk peşə və orta-ixtisas təhsili müəssisələrinə qəbul olan şagirdlərin ümumtəhsil məktəblərinin  tam orta təhsil səviyyəsinə yerdəyişməsinə icazə verilmir.