• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Nazirlik Menyu Geri

Menyu

Virtual bələdçi Elektron sənəd yoxlanışı ƏLÇATANLIQ

SPECIAL ANNOUNCEMENT

“Ümumi təhsil haqqında” Azərbaycan Respublikasının Qanunu

2022-05-06 14:01:00

“Təhsil haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasının Qanunu

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 1-ci bəndini rəhbər tutaraq qərara alır:

 

“Təhsil haqqında” Azərbaycan Respublikasının Qanununda (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2009, № 9, maddə 684; 2011, № 2, maddə 70; 2014, № 1, maddə 3; 2015, № 11, maddə 1266; 2016, № 1, maddə 41, № 11, maddə 1766; 2017, № 2, maddə 145, № 5, maddə 691, № 7, maddələr 1277, 1300, № 12 (I kitab), maddə 2202; 2018, № 7 (I kitab), maddələr 1381, 1409, № 11, maddə 2208; 2019, № 5, maddə 798, № 7, maddə 1190, № 8, maddə 1382, № 11, maddə 1684, № 12, maddə 1881; 2020, № 5, maddə 508, № 6, maddələr 662, 668, № 7, maddələr 824, 830; Azərbaycan Respublikasının 2020-ci il 6 oktyabr tarixli 179-VIQD və 185-VIQD nömrəli, 6 noyabr tarixli 192-VIQD nömrəli qanunları) aşağıdakı dəyişikliklər edilsin:

 

1. 1.0.21-ci və 1.0.31-ci maddələrdə “dövlət təhsil sənədinin” sözləri “təhsil haqqında dövlət sənədinin” sözləri ilə əvəz edilsin.

 

2. 1.0.26-cı maddəyə “təhsil” sözündən sonra “haqqında dövlət” sözləri əlavə edilsin.

 

3. 17.2-ci maddənin ikinci cümləsində “dövlət nümunəli sənədin” sözləri “təhsil haqqında dövlət sənədinin” sözləri ilə əvəz edilsin.

 

4. 19.20-ci maddədə “dövlət təhsil” sözləri “təhsil haqqında dövlət” sözləri ilə əvəz edilsin.

 

5. 21.3-cü maddənin ikinci cümləsində “dövlət nümunəli sənəd” sözləri “təhsil haqqında dövlət sənədi” sözləri ilə əvəz edilsin.

 

6. 21.4-cü maddədə “sənəd” sözü “dövlət sənədi” sözləri ilə əvəz edilsin.

 

7. 27-ci maddə üzrə:

 

7.1. 27.1-ci maddəyə “səviyyəsini” sözündən sonra “(doktorantura istisna olmaqla)” sözləri və “qaydada” sözündən sonra “Təhsil Mərkəzləşdirilmiş İnformasiya Sistemi”ndə elektron sənəd formasında yaradılan” sözləri əlavə edilsin;

 

7.2. 27.3-cü maddəyə “qaydada” sözündən sonra “Təhsil Mərkəzləşdirilmiş İnformasiya Sistemi”ndə elektron sənəd formasında yaradılan” sözləri əlavə edilsin.

 

8. 29.0.20-ci maddədə “nümunələrini” sözü “təsvirlərini” sözü ilə əvəz edilsin.

 

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 18 dekabr 2020-ci il.