• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Nazirlik Menyu Geri

Menyu

Virtual bələdçi Elektron sənəd yoxlanışı ƏLÇATANLIQ

SPECIAL ANNOUNCEMENT

“Ümumi təhsil haqqında” Azərbaycan Respublikasının Qanunu

2022-05-06 14:01:00

Övladlığa uşaq götürmək üçün lazım olan sənədlərin siyahısı

1. Vətəndaşların (ər-arvad) Rayon İcra Hakimiyyəti və ya Təhsil İdarəsində fəaliyyət göstərən Qəyyumluq və Himayəçilik komissiyasına yazdıqları ərizə  (Notariusda təsdiq edilmiş).

 

2. Şəxsiyyət vəsiqəsinin surəti. (uşaq nikahda olmayan şəxs tərəfindən övladlığa götürüldükdə—övladlığa götürənin doğum haqqında şəhadətnaməsinin surəti).

 

3. Uşaq nikahda olan şəxslər (şəxs) tərəfindən övladlığa götürüldükdə—övladlığa götürənlərin (götürənin) nikah haqqında şəhadətnaməsinin surəti.

 

4. Uşaq ər-arvaddan biri tərəfindən övladlığa götürüldükdə—digərinin razılığı və ya ər-arvadın ailə münasibətlərinə xitam verməklə 1 ildən artıq müddətdə birgə yaşamadıqlarını təsdiq edən sənəd. Müvafiq sənədi ərizəyə əlavə etmək mümkün olmadıqda ərizədə həmin faktları təsdiq edən sübutlar göstərilməlidir.

 

5. Yaşayış yerindən istifadə etmək hüququnu və ya yaşayış yerinə mülkiyyət hüququnu təsdiq edən sənəd.

 

6. Övladlığa götürənlərin (götürənin) səhhətinin vəziyyəti barədə tibbi rəy; (Hepatit “B”, “C” və “QİÇS” yoxlanılması üzrə məlumatlar, həmçinin dəri-zöhrəvi, vərəm, onkoloji, psixonevroloji və narkoloji dispanserlərin cavabı).

 

7. Övladlığa götürənlərin (götürənin) tutduğu vəzifə və əmək haqqı barədə iş yerindən arayış və ya gəlirlər haqqında digər sənəd; (Fərdi əməklə məşğul olanlar üçün verginin ödənilməsi haqqında arayış).

 

8. Övladlığa götürənlərin tərcümeyi-halı.

 

9. Rayon və Şəhər İcra Hakimiyyətləri yanında fəaliyyət göstərən Qəyyumluq və Himayəçilik Komissiyasından mənzil şəraitinin müayinə aktı.