• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Nazirlik Menyu Geri

Menyu

Virtual bələdçi Elektron sənəd yoxlanışı ƏLÇATANLIQ

SPECIAL ANNOUNCEMENT

“Ümumi təhsil haqqında” Azərbaycan Respublikasının Qanunu

2022-05-06 14:01:00

İnklüziv sinif təşkil edilən ümumi təhsil müəssisələrinin şəbəkəsinin genişləndirilməsi barədə Azərbaycan Respublikası Təhsil nazirinin əmri

“2018-2024-cü illərdə Azərbaycan Respublikasında sağlamlıq imkanları məhdud şəxslər üçün inklüziv təhsilin inkişafı üzrə Dövlət Proqramı”nın icrasını təmin etmək məqsədilə “Azərbaycan Respublikasının Təhsil Nazirliyi haqqında Əsasnamə”nin 13.5-ci bəndini rəhbər tutaraq əmr edirəm:

 

1. 2021/2022-ci tədris ilində Bakı şəhəri 246 nömrəli və Quba şəhəri 2 nömrəli məktəb-liseylərdə, Gəncə şəhəri 39, Sumqayıt şəhəri 4 və 21, Şirvan şəhəri 10, Qazax şəhəri 2 və Şəki şəhəri 12 nömrəli tam orta məktəblərdə inklüziv siniflər təşkil edilsin.  


2. Yerli təhsili idarəetmə orqanları sağlamlıq imkanları məhdud uşaqların psixoloji-tibbi-pedaqoji komissiyanın qərarı əsasında seçilmiş ümumi təhsil müəssisələrində inklüziv təhsilə cəlb olunmasını və həmin məktəblərdə loqopedik xidmətin yaradılmasını təmin etsinlər.


3. İnsan resursları şöbəsi (E.Bağırov) həmin ümumi təhsil müəssisələrinə xüsusi təhsil üzrə mütəxəssislərin işə götürülməsinə nəzarət etsin. 


4. Təsərrüfathesablı Əsaslı Tikinti və Təchizat İdarəsi (A.Axundov) müəyyən olunmuş məktəblərin infrastrukturunun sağlamlıq imkanları məhdud uşaqlar üçün müyəssərliyi  ilə bağlı tədbirlər görsün.


5. Müəyyən olunmuş məktəblərlə işin təşkili və koordinasiyası Azərbaycan Respublikası Təhsil İnstitutuna ( R.Əzizov) tapşırılsın.


6. İctimaiyyətlə əlaqələr sektoru (C.Valehov) bu əmrin “Azərbaycan müəllimi” qəzetində dərc olunmasını və Nazirliyin internet səhifəsində yerləşdirilməsini təmin etsin. 


7. Əmrin icrasına nəzarət nazir müavini Firidun Qurbanova həvalə edilsin.  

 

Əsas: Nazir müavini F.Qurbanovun 04.06.2021-ci il tarixli, 1-03-2919 nömrəli xidməti məlumatı. Azərbaycan Respublikası təhsil nazirinin 05.02.2021-ci il tarixli F-34 nömrəli əmri ilə təsdiq olunmuş “Azərbaycan Respublikası Təhsil Nazirliyinin 2021-ci il üçün Fəaliyyət Planı”


Emin ƏMRULLAYEV,
Azərbaycan Respublikasının Təhsil naziri
2 iyul 2021-ci il
F-312