SPECIAL ANNOUNCEMENT
“Ümumi təhsil haqqında” Azərbaycan Respublikasının Qanunu
2022-05-06 14:01:00
Əmrdə dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası təhsil nazirinin əmri
Azərbaycan Respublikası Təhsil Nazirliyinin 16.02.2016-cı il tarixli 84 nömrəli əmri ilə sahibkarlıq fəaliyyəti göstərən fiziki və hüquqi şəxslər tərəfindən özlərinin sahibkarlıq fəaliyyəti ilə bağlı Təhsil Nazirliyinin və onun struktur (yerli) qurumlarının qərarlarından, hərəkət və ya hərəkətsizliyindən verilmiş təkrar şikayətlərə, o cümlədən dövlət qulluğuna qəbulla bağlı keçirilən müsahibənin nəticələrindən namizədlərin verdikləri şikayətlərə baxılması üçün Nazirliyin Apellyasiya Şurası yaradılmış və tərkibi təsdiq edilmişdir. Şuranın tərkibi sədr və 6 üzvdən ibarətdir. Apellyasiya Şurasının 3 üzvü digər qurumlarda müxtəlif vəzifələrə təyin edilmişdir. Bu səbəbdən Azərbaycan Respublikası Təhsil Nazirliyinin Apellyasiya Şurasının tərkibinə yenidən baxılması və müvafiq dəyişikliklərin aparılması zərurəti yaranmışdır.
Göstərilənləri nəzərə alaraq və “Azərbaycan Respublikasının Təhsil Nazirliyi haqqında Əsasnamə”nin 13.5-ci bəndini rəhbər tutaraq
ƏMR EDİRƏM:
1. Azərbaycan Respublikası Təhsil Nazirliyinin “Azərbaycan Respublikası Təhsil Nazirliyinin Apellyasiya Şurasının yaradılması barədə” 16.02.2016-cı il tarixli 84 nömrəli əmrinin 2-ci hissəsi aşağıdakı redaksiyada verilsin:
“2. Apellyasiya Şurasının tərkibi aşağıdakı kimi müəyyən edilsin:
Şuranın sədri:
Firudin Qurbanov — Təhsil nazirinin müavini.
Şuranın üzvləri:
Muxtar Məmmədov – Aparatın rəhbəri;
Fərzəli Qədirov – Aparat rəhbərinin müavini;
Simuzər Feyzullayeva – Nazirin müşaviri;
Eşqi Bağırov – İnsan resursları şöbəsinin müdiri;
Rasim Hüseynov – Hüquq şöbəsinin müdir müavini, Hüquq sektorunun müdiri;
Zamin Bədirxanov – Peşə Təhsili üzrə Dövlət Agentliyinin Peşəyönümü və işəgötürənlərlə əməkdaşlıq şöbəsinin müdiri”
Əsas: Nazir müavini Firudin Qurbanovun təqdimatı.
Emin Əmrullayev,
Azərbaycan Respublikasının təhsil naziri
05 noyabr 2020-ci il
F-505