• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Nazirlik Menyu Geri

Menyu

Virtual bələdçi Elektron sənəd yoxlanışı ƏLÇATANLIQ

SPECIAL ANNOUNCEMENT

“Ümumi təhsil haqqında” Azərbaycan Respublikasının Qanunu

2022-05-06 14:01:00

“Məktəblilərin 47-ci Beynəlxalq Kimya Olimpiadasında çıxış edəcək milli komandaya namizədlərin seçilməsi Qaydaları”nın təsdiq olunması barədə Azərbaycan Respublikası təhsil nazirinin əmri

Azərbaycan məktəblilərinin 47-ci Beynəlxaq Kimya Olimpiadasında uğurlu çıxışının təmin edilməsi üçün milli komandada təmsil olunacaq namizədlərin seçilməsini mütəşəkkil qaydada aparmaq məqsədi ilə “Azərbaycan Respublikasının Təhsil Nazirliyi haqqında Əsasnamə”nin 8.14-cü və 13.5-ci bəndlərini rəhbər tutaraq
 
ƏMR EDİRƏM:
 
1. “Məktəblilərin 47-ci Beynəlxalq Kimya Olimpiadasında çıxış edəcək milli komandaya namizədlərin seçilməsi Qaydaları” təsdiq edilsin (əlavə olunur).
2. Naxçıvan MR Təhsil Nazirliyi, Bakı Şəhəri üzrə Təhsil İdarəsi, Gəncə Şəhər Təhsil İdarəsi, rayon (şəhər) təhsil şöbələri, Təhsil Nazirliyinə tabeliyində olan ümumi təhsil müəssisələrinin direktorları bu Qaydalardan irəli gələn zəruri tədbirləri həyata keçirsinlər.
3. İqtisadiyyat şöbəsi (R.Orucov) seçim turlarının keçirilməsi ilə əlaqədar və digər xərclərin smetasını hazırlayıb təsdiq üçün Nazirliyin rəhbərliyinə təqdim etsin.
4. Təşkilat Komitəsinin fəaliyyətinin və nəzərdə tutulan tədbirlərin yerinə yetirilməsinin koordinasiyası nazirin müşaviri H.Əliyevə həvalə edilsin.
5. İnformasiya şöbəsi (E.Əliyev) bu əmrin “Azərbaycan müəllimi” qəzetində dərc edilməsini, aidiyyəti struktur qurum və bölmələrə çatdırılmasını və Nazirliyin internet saytında yerləşdirilməsini təmin etsin.
 6. Əmrin icrasına nəzarət nazir müavini Ceyhun Bayramova həvalə edilsin.
 
Mikayıl CABBAROV, 
Azərbaycan Respublikasının təhsil naziri 
15 dekabr 2014-cü il  
№1261

 
Əlavə: