• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Nazirlik Menyu Geri

Menyu

Virtual bələdçi Elektron sənəd yoxlanışı ƏLÇATANLIQ

SPECIAL ANNOUNCEMENT

“Ümumi təhsil haqqında” Azərbaycan Respublikasının Qanunu

2022-05-06 14:01:00

“Məktəblilərin fənn olimpiadalarının təşkili və keçirilməsi Qaydaları”nın təsdiq olunması barədə Azərbaycan Respublikası təhsil nazirinin əmri

İstedadlı şagirdlərin aşkara çıxarılmasında əhəmiyyətli rol oynayan fənn olimpiadalarının təşkili və keçirilməsi ilə bağlı işləri obyektiv və şəffaf qaydada həyata keçirmək məqsədilə “Azərbaycan Respublikasının Təhsil Nazirliyi haqqında Əsasnamə”nin 8.14-cü və 13.5-ci bəndlərini rəhbər tutaraq
 
ƏMR EDİRƏM:
 
1. “Məktəblilərin fənn olimpiadalarının təşkili və keçirilməsi Qaydaları” təsdiq edilsin (əlavə olunur).
2. Təhsilin inkişafı proqramları şöbəsi (E.Əmrullayev) 10 gün ərzində Respublika təşkilat komitəsinin tərkibinə dair təklifləri təqdim etsin.
3. Naxçıvan MR Təhsil Nazirliyi, Bakı Şəhəri üzrə Təhsil İdarəsi, Gəncə Şəhər Təhsil İdarəsi, rayon (şəhər) təhsil şöbələri, Təhsil Nazirliyinə tabe olan ümumi təhsil müəssisələrinin direktorları bu “Qaydalar”dan irəli gələn zəruri tədbirləri həyata keçirsinlər.
4. İqtisadiyyat şöbəsi (R.Orucov) fənn olimpiadaların təşkili, keçirilməsi, qaliblərin təltif olunması, münsiflər heyəti üzvlərinin, müəllimlərin mükafatlandırılması ilə əlaqədar xərclərin smetasını hazırlayıb təsdiq üçün Nazirliyin rəhbərliyinə təqdim etsin.
5. İnformasiya şöbəsi (E.Əliyev) bu əmrin “Azərbaycan müəllimi” qəzetində dərc edilməsini, aidiyyəti struktur qurum və bölmələrə çatdırılmasını və Nazirliyin internet saytında yerləşdirilməsini təmin etsin.
 6. Əmrin icrasına nəzarət nazir müavini Ceyhun Bayramova həvalə edilsin.
Əsas: Təhsilin inkişafı proqramları şöbəsinin müdir müavini Emin Əmrullayevin təqdimatı.  
 
Mikayıl CABBAROV, 
Azərbaycan Respublikasının təhsil naziri 
12 dekabr 2014-cü il 
№1256

Əlavə: