• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Nazirlik Menyu Geri

Menyu

Virtual bələdçi Elektron sənəd yoxlanışı ƏLÇATANLIQ

SPECIAL ANNOUNCEMENT

“Ümumi təhsil haqqında” Azərbaycan Respublikasının Qanunu

2022-05-06 14:01:00

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 30 oktyabr tarixli 362 nömrəli qərarının icrası barədə Azərbaycan Respublikası təhsil nazirinin əmri

 “Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 13 yanvar tarixli 5 nömrəli qərarı ilə təsdiq edilmiş “Ümumtəhsil məktəbinin Nümunəvi Nizamna­məsi”ndə dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 30 oktyabr tarixli 362 nömrəli qərarının yerinə yetirilməsi ilə əlaqədar
 
 
ƏMR EDİRƏM:
 
1. Azərbaycan Respublikası Nazirlər Kabinetinin yuxarıda qeyd olunan qərarı icra və rəhbərlik üçün qəbul edilsin.
2. Nəzərə alınsın ki:
2.1. Azərbaycan Respublikası Nazirlər Kabinetinin həmin qərarı ilə “Ümumtəhsil məktəbinin Nümunəvi Nizamnaməsi”ndə dəyişiklik edilərək bu sənədin 4.9 – 4.12-ci bəndləri aşağıdakı redaksiyada verilmişdir:
"4.9. Ümumtəhsil məktəbində dərs məşğələləri sentyabrın 15-də başlayıb iyunun 14-də başa çatır. Dərs ili iki yarımilə bölünür:
4.9.1. birinci yarımil - 15 sentyabr - 26 yanvar;
4.9.2. ikinci yarımil - 1 fevral - 14 iyun.
4.10. Dərs ili ərzində aşağıdakı tətillər müəyyən edilir:
4.10.1. 5 gün payız tətili (16-20 noyabr);
4.10.2. 5 gün  qış tətili (27-31 yanvar).
4.11. İbtidai siniflər üçün 5 günlük (1-5 may) əlavə yaz tətili müəyyən edilir.
4.12. Yaranmış şəraitdən və vəziyyətdən asılı olaraq, Azərbaycan Respublikası Təhsil Nazirliyinin əmrinə əsasən respublikanın bütün ərazisində və yaxud bu və ya digər ərazi vahidində dərs ilinin müddətində və tətil günlərində dəyişikliklər edilə bilər."
2.2. Ümumtəhsil məktəblərində dərs ilinin müddətinin uzadılması ilə əlaqədar tədris həftələrinin sayı 5 günlük iş rejimi tətbiq olunan məktəblərdə 34,4-ə (ibtidai siniflərdə 33,4-ə), 6 günlük iş rejimi tətbiq olunan məktəblərdə 34,8-ə çatdırılmışdır.
3. Tədris ilinin başlandığını və ümumi təhsil müəssisələrinin tədris planlarının
təsdiq olunub həyata keçirildiyini nəzərə alaraq, “Ümumtəhsil məktəbinin Nümunəvi Nizamnaməsi”ndə edilən dəyişikliklər 2015-2016-cı dərs ilindən tətbiq olunsun.
4. Naxçıvan MR Təhsil Nazirliyi, Bakı Şəhəri üzrə Təhsil İdarəsi, Gəncə Şəhər Təhsil İdarəsi, rayon (şəhər) təhsil şöbələri, Nazirlik tabeliyindəki ümumi təhsil müəssisələrinin direktorları bu əmrin məzmununun ümumtəhsil məktəblərinin pedaqoji kollektivlərinə çatdırılmasını və valideynlərin bu barədə məlumatlandırılması üçün müvafiq maarifləndirmə işləri aparılmasını təmin etsinlər.
5. Məktəbəqədər və ümumi təhsil şöbəsi (A.Əhmədov) ümumtəhsil məktəblərinin 2015-2016-cı dərs ili üçün tədris planlarında bu dəyişikliklərin nəzərə alınmasını təmin etsin.
6. Tədris resursları şöbəsi (F.Şahbazlı) qeyd olunan dəyişiklikləri dərslik hazırlığı ilə bağlı məsələlərin həllində nəzərə alsın.
7. İnformasiya şöbəsi (E.Əliyev) bu əmrin “Azərbaycan müəllimi” qəzetində dərc olunmasını və Nazirliyin internet saytında yerləşdirilməsini təmin etsin.
8. Əmrin icrasına nəzarət nazir müavini Ceyhun Bayramova həvalə olunsun. 
 
 
Mikayıl CABBAROV,
Azərbaycan Respublikasının təhsil naziri
24 noyabr 2014-cü il
№ 1140