• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Nazirlik Menyu Geri

Menyu

Virtual bələdçi Elektron sənəd yoxlanışı ƏLÇATANLIQ

SPECIAL ANNOUNCEMENT

“Ümumi təhsil haqqında” Azərbaycan Respublikasının Qanunu

2022-05-06 14:01:00

Dövlət ümumi təhsil müəssisələrində açılmış eksperimental pilot siniflərin 2014-2015-ci dərs ilinə aid tədris planlarının təsdiqi haqqında Azərbaycan Respublikası təhsil nazirinin əmri

Azərbaycan Respublikası Təhsil Nazirliyinin 02.09.2014-cü il tarixli 950 nömrəli əmri ilə dövlət ümumi təhsil müəssisələrində açılmış eksperimental pilot siniflərdə təhsil prosesinin təşkili və tənzimlənməsini təmin etmək məqsədilə “Azərbaycan Respublikası Təhsil Nazirliyi haqqında Əsasnamə”nin 8.10-1-ci və 13.5-ci bəndlərini rəhbər tutaraq
 
ƏMR EDİRƏM:
        
1.Dövlət ümumi təhsil müəssisələrində açılmış eksperimental pilot siniflər üçün
2014-2015-ci dərs ilinə aid aşağıdakı tədris planları və tədris planlarına dair “Qeydlər” təsdiq edilsin:
1.1. Eksperimental pilot I-VII siniflər üçün tədris planı (1, 2 nömrəli əlavələr);
1.2. Eksperimental pilot VIII-IX siniflər üçün tədris planı (3, 4 nömrəli əlavələr);
1.3. Eksperimental pilot X-XI siniflər üçün tədris planı (5  nömrəli əlavə);
1.4. Təlim beynəlxalq İB kurikulumu üzrə aparılan eksperimental pilot I siniflər üçün tədris planı  (6 nömrəli əlavə);
1.5. Təlim beynəlxalq İB kurikulumu üzrə aparılan eksperimental pilot X-XI siniflər üçün tədris planı  (7 nömrəli əlavə);
1.6. Tədris planlarına dair “Qeydlər” (8 nömrəli əlavə).
2. Məktəbəqədər və ümumi təhsil şöbəsi (A.Əhmədov) tədris planlarının ümumi təhsil müəssisələrinə çatdırılmasını təmin etsin.
3. İnformasiya şöbəsi (E.Əliyev) bu əmrin əlavələrlə birlikdə Nazirliyin internet saytında yerləşdirilməsini təmin etsin.
4. Əmrin icrasına nəzarət nazir müavini C.Bayramova həvalə olunsun. 
 
Mikayıl Cabbarov, 
Azərbaycan Respublikasının təhsil naziri 
23 oktyabr 2014-cü il 
№ 1087