SPECIAL ANNOUNCEMENT
“Ümumi təhsil haqqında” Azərbaycan Respublikasının Qanunu
2022-05-06 14:01:00
İctimai təşəbbüslərin dəstəklənməsi üzrə layihə müsabiqəsinin təşkili barədə Azərbaycan Respublikası təhsil nazirinin əmri
Təhsil sahəsində həyata keçirilən islahatlar prosesində müxtəlif maraq qruplarının iştirakının təmin olunması olduqca vacibdir. Vətəndaş cəmiyyəti institutları və ayrı-ayrı tədqiqatçılar ilə təhsil sahəsində mövcud olan problemlərin araşdırılması və həll edilməsi yönündə sıx əməkdaşlığın qurulması Təhsil Nazirliyinin prioritet istiqamətlərindəndir. Qərarların qəbul edilməsində ictimaiyyətin iştirakını təmin etmək və vətəndaş təşəbbüslərini dəstəkləmək məqsədi ilə “Azərbaycan Respublikası Təhsil Nazirliyi haqqında Əsasnamə”nin 13.5-ci bəndini rəhbər tutaraq
ƏMR EDİRƏM:
1. 2014-cü il iyul ayında ictimai təşəbbüslərin dəstəklənməsi üzrə layihə müsabiqəsi keçirilsin.
2. İnformasiya şöbəsi (E.Əliyev) müsabiqə barədə elan verilməsini, müsabiqədə iştirak üçün təqdim edilmiş layihə təkliflərinin qiymətləndirilməsi məqsədilə Nazirliyin müvafiq strukturlarının nümayəndələri və müstəqil ekspertlərin iştirakı ilə İşçi qrupunun yaradılmasını və layihələrin icrasına nəzarəti təmin etsin, əmrdən irəli gələn məsələlərlə bağlı ictimaiyyətin məlumatlandırılması üçün müvafiq tədbirlərin görülməsini təmin etsin.
3. İqtisadiyyat şöbəsi (R.Orucov) Nazirlik tərəfindən seçilmiş layihələrin qanunvericiliklə müəyyənləşdirilmiş qaydada maliyyələşdirilməsini təmin etsin.
4. Əmrin icrasına nəzarət nazir müavininə (C. Bayramov) həvalə olunsun.
Əsas: İnformasiya şöbəsinin QHT və KİV-lə iş sektorunun müdiri Cəsarət Valehovun 27.05.2014-cü il tarixli təqdimatı.
Mikayıl Cabbarov,
Azərbaycan Respublikasının təhsil naziri
3 iyul 2014-cü il
№ 768