• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Nazirlik Menyu Geri

Menyu

Virtual bələdçi Elektron sənəd yoxlanışı ƏLÇATANLIQ

SPECIAL ANNOUNCEMENT

“Ümumi təhsil haqqında” Azərbaycan Respublikasının Qanunu

2022-05-06 14:01:00

Müəllimlərin yerdəyişməsi üzrə müsabiqənin nəticələri barədə Azərbaycan Respublikası təhsil nazirinin əmri

Təhsil Nazirliyinin “Ümumi təhsil müəssisələrinə və peşə liseylərinə müəllimlərin işə qəbulunun tənzimlənməsi barədə”  21.04.2014-cü il tarixli 445 nömrəli əmri ilə təsdiq olunmuş Qaydalara müvafiq olaraq hazırda işləyən müəllimlərin bir rayondan (şəhərdən) digər rayona (şəhərə) yerdəyişməsi mərkəzləşdirilmiş qaydada müsabiqə yolu ilə həyata keçirilmişdir.
17-23 iyun 2014-cü il tarixlərdə keçirilmiş müsabiqənin 1-ci mərhələsində test tapşırıqlarının yerinə yetirilməsinin nəticəsi olaraq keçid balı toplamış 140 nəfər 2-ci mərhələyə-müsahibəyə buraxılmışdır. Müəllimlərin yerdəyişməsi üzrə müsabiqənin yekun nəticəsinə əsasən 96 nəfər iş yerini dəyişmək hüququ qazanmışdır.
“Azərbaycan Respublikası Təhsil Nazirliyi haqqında Əsasnamə”nin 8.30-cu və 13.5-ci bəndlərini əsas tutaraq
 
ƏMR EDIRƏM:
 
1. Ümumi təhsil müəssisələrində və peşə liseylərində işləyən müəllimlərin yerdəyişməsi üzrə 17-23 iyun 2014-cü il tarixlərdə keçirilmiş müsabiqənin nəticələri təsdiq edilsin (siyahı əlavə olunur).
2. Rayon (şəhər) təhsil şöbələrinin (idarələrinin) və peşə liseylərinin rəhbərləri:
2.1. Müsabiqə nəticəsində iş yerini dəyişən müəllimlərin sənədlərini yoxlayıb,  2014-cü ili sentyabrın 1-dək onlarla əmək müqavilələrinin bağlanmasını təmin etsinlər.
2.2. Həvəsləndirmə tədbirləri tətbiq olunan yerlərə (H1 və H2) iş yerini dəyişənlər üçün nəzərdə tutulan tədbirlərin həyata keçirilməsini təmin etsinlər, əmək fəaliyyəti ilə əlaqədar məsələlərin həll edilməsində onlara köməklik göstərsinlər.
3. İnformasiya şöbəsi (E.Əliyev) ümumi təhsil müəssisələrində və peşə liseylərində işləyən müəllimlərin yerdəyişməsi üzrə 17-23 iyun 2014-cü il tarixlərində keçirilmiş müsabiqənin nəticələrinə əsasən iş yerini dəyişənlərin siyahısının Nazirliyin İnternet saytında yerləşdirilməsini və  əmrin aidiyyəti üzrə yerlərə göndərilməsini təmin etsin.
4. Əmrin icrasına nəzarət Aparat rəhbərinə (M.Eynullayev) həvalə edilsin.
Əsas: Ümumi təhsil müəssisələrində və peşə liseylərində işləyən müəllimlərin yerdəyişməsi   üzrə   17-23   iyun   2014-cü il   tarixlərində   keçirilmiş müsabiqənin nəticələri. 
 
Mikayıl Cabbarov, 
Azərbaycan Respublikasının təhsil naziri
27 iyun 2014-cü il 
№ 753

 
 Əlavə: