• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Nazirlik Menyu Geri

Menyu

Virtual bələdçi Elektron sənəd yoxlanışı ƏLÇATANLIQ

SPECIAL ANNOUNCEMENT

“Ümumi təhsil haqqında” Azərbaycan Respublikasının Qanunu

2022-05-06 14:01:00

Bütün təhsil müəssisələrinin rəhbərlərinə

Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi YUNESKO-ya istinadən bildirir ki, 19-25 may 2014-cü il tarixləri YUNESKO tərəfindən Beynəlxalq Bədii Təhsil Həftəsi kimi qeyd olunacaqdır. Həftə çərçivəsində təşkilata üzv ölkələrdə mövzuya uyğun müvafiq tədbirlər təşkil olunur. Beynəlxalq Bədii Təhsil Həftəsi haqqında ətraflı məlumat http://www.unesco.org/new/en/unesco/events/prizes-and-celebrations/celebrations/international-weeks/international-arts-education-week-2012/ internet səhifəsində verilmişdir.
Azərbaycan - YUNESKO əməkdaşlığının yüksək səviyyədə inkişafını, ölkəmizin təşkilatın həyata keçirdiyi “MDB ölkələrində bədii təhsil: XXI əsrdə yaradıcı potensialın inkişafı” layihəsində fəal iştirakını nəzərə alaraq, 19-25 may tarixlərində Beynəlxalq Bədii Təhsil Həftəsinə həsr olunmuş tədbirlərin təşkili və bu haqda YUNESKO üzrə Azərbaycan Respublikasının Milli Komissiyasının qısa müddət ərzində məlumatlandırılması Sizə tapşırılır.
 
 
Ceyhun BAYRAMOV,
təhsil nazirinin müavini
13 may 2014-cü il.

№ 46-20-2630/16