• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Nazirlik Menyu Geri

Menyu

Virtual bələdçi Elektron sənəd yoxlanışı ƏLÇATANLIQ

SPECIAL ANNOUNCEMENT

“Ümumi təhsil haqqında” Azərbaycan Respublikasının Qanunu

2022-05-06 14:01:00

Fəaliyyət Planının təsdiqi barədə Azərbaycan Respublikası təhsil nazirinin əmri

Azərbaycan Respublikası Prezidentinin 12 mart 2014-cü il tarixli 331 nömrəli Sərəncamı ilə təsdiq olunmuş “Azərbaycan Respublikasında 2014-cü ilin “Sənaye ili” elan edilməsi ilə bağlı Tədbirlər Planı”nın icrasını təmin etmək məqsədi ilə “Azərbaycan Respublikası Təhsil Nazirliyi haqqında Əsasnamə” nin 13.5-ci bəndini rəhbər tutaraq  
 
ƏMR EDİRƏM:
 
1. “Azərbaycan Respublikasında 2014-cü ilin “Sənaye ili” elan edilməsi ilə bağlı Tədbirlər Planı”nın icrası ilə əlaqədar Təhsil Nazirliyinin Fəaliyyət Planı təsdiq edilsin (əlavə olunur).
2. Nazirliyin aidiyyəti şöbələri Fəaliyyət Planında nəzərdə tutulan tədbirlərin vaxtında yerinə yetirilməsi üçün tələb olunan təşkilati işlərin həyata keçirilməsini təmin etsinlər.
3. İnformasiya şöbəsi (E.Əliyev) əmrin əlavəsi ilə birlikdə Nazirliyin internet səhifəsində yerləşdirilməsini, “Azərbaycan müəllimi” qəzetində dərc olunmasını, əmr və Tədbirlər Planının çoxaldılıb yerlərə göndərilməsini təmin etsin.
4. Əmrin icrasına nəzarəti öz üzərimə götürürəm.
Əsas: Azərbaycan Respublikası Prezidentinin 12 mart 2014-ci il tarixli 331 nömrəli Sərəncamı.
 

 

Mikayıl CABBAROV,
Azərbaycan Respublikasının təhsil naziri
2 may 2014-cü il  
№524
 

 
Əlavə: