SPECIAL ANNOUNCEMENT
“Ümumi təhsil haqqında” Azərbaycan Respublikasının Qanunu
2022-05-06 14:01:00
“Abbasqulu Ağa Bakıxanovun 220 illik yubileyinin keçirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 12 fevral 2014-ci il tarixli, 265 nömrəli Sərəncamının icrası barədə Azərbaycan Respublikası təhsil nazirinin əmri
“Abbasqulu Ağa Bakıxanovun 220 illik yubileyinin keçirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 12 fevral 2014-ci il tarixli 265 nömrəli Sərəncamının icrasını təmin etmək məqsədilə “Azərbaycan Respublikası Təhsil Nazirliyi haqqında Əsasnamə” nin 13.5-ci bəndini rəhbər tutaraq
ƏMR EDİRƏM:
1. “Abbasqulu Ağa Bakıxanovun 220 illik yubileyinin keçirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 12 fevral 2014-jü il tarixli 265 nömrəli Sərəncamının icrası ilə əlaqədar Azərbaycan Respublikası Təhsil Nazirliyinin Tədbirlər Planı təsdiq edilsin (əlavə olunur).
2. Naxçıvan MR Təhsil Nazirliyi, Bakı Şəhəri üzrə Təhsil İdarəsi, Gəncə Şəhər Təhsil İdarəsi, rayon (şəhər) təhsil şöbələri, ali və ümumi təhsil müəssisələrinin rəhbərləri:
2.1. Abbasqulu Ağa Bakıxanovun yubileyi ilə bağlı təsdiq olunmuş Tədbirlər Planının yerinə yetirilməsini təmin etsinlər.
2.2. Əmrin ijrası ilə bağlı görülmüş işlər barədə 15 dekabr 2014-cü ilədək Təhsil Nazirliyinə hesabat təqdim etsinlər.
3. İnformasiya şöbəsi (E. Əliyev) əmrin əlavəsi ilə birlikdə “Azərbaycan müəllimi” qəzetində dərc olunmasını, əmr və Tədbirlər Planının çoxaldılıb yerlərə göndərilməsini və Nazirliyin internet səhifəsində yerləşdirilməsini təmin etsin.
4. Əmrin icrasına nəzarət nazir müavini C. Bayramova həvalə olunsun.
Əsas: Azərbaycan Respublikası Prezidentinin 12 fevral 2014-ci il tarixli 265 nömrəli Sərəncamı.
Mikayıl CABBAROV,
Azərbaycan Respublikasının təhsil naziri
29 aprel 2014-cü il
№508
Əlavə: