SPECIAL ANNOUNCEMENT
“Ümumi təhsil haqqında” Azərbaycan Respublikasının Qanunu
2022-05-06 14:01:00
“Nə? Harada? Nə zaman?” intellektual oyunu üzrə 2014-cü ildə regional məktəb çempionatının keçirilməsi barədə Azərbaycan Respublikası təhsil nazirinin əmri
Azərbaycan Respublikası Prezidentinin 7 iyul 2011-ci il tarixli 1621 nömrəli Sərəncamı ilə təsdiq olunmuş “Azərbaycan gəncliyi 2011-2015-ci illərdə” Dövlət Proqramı”ndan irəli gələn vəzifələrin icrası ilə bağlı Azərbaycan Respublikası Təhsil Nazirinin 08.08.2011-ci il tarixli 1454 nömrəli əmri ilə təsdiq olunmuş Tədbirlər Planının yerinə yetirilməsi, məktəblilərin intellektual və yaradıcı inkişafına təkan verilməsi, şagirdlərin intellektual fəaliyyətə daha geniş miqyasda cəlb edilməsinin və asudə vaxtlarının səmərəli təşkilinin təmin olunması məqsədilə “Azərbaycan Respublikası Təhsil Nazirliyi haqqında Əsasnamə”nin 13.5-ci bəndini rəhbər tutaraq
ƏMR EDİRƏM:
1. Azərbaycan İntellektual Klublar Assosiasiyası ilə birlikdə respublikanın ümumi təhsil müəssisələri şagirdləri arasında “Nə? Harada? Nə zaman?” oyunu üzrə 2014-cü ilin regional məktəb çempionatı keçirilsin.
2. “Nə? Harada? Nə zaman?” oyunu üzrə 2014-cü ilin regional məktəb çempionatının ictimai əsaslarla fəaliyyət göstərən Təşkilat Komitəsi yaradılsın və onun tərkibi təsdiq edilsin (əlavə 1).
3. Təşklilat Komitəsi “Nə? Harada? Nə zaman?” oyunu üzrə 2014-cü ildə regional məktəb çempionatının keçirilmə qaydalarını müəyyən etsin.
4. Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyi, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin və Gəncə Şəhər Təhsil İdarəsinin, rayon (şəhər) təhsil şöbələrinin müdirləri çempionatın keçirilmə qaydalarına ciddi əməl etməklə “Nə? Harada? Nə zaman?” oyunu üzrə 2014-cü ilin regional məktəb çempionatının keçirilməsini təmin etsinlər.
5. Tərbiyə və məktəbdənkənar müəssisələrlə iş şöbəsi (H.Əliyev) çempionatın keçirilməsi üçün lazımi təşkilati işləri həyata keçirsin.
6. Iqtisadiyyat şöbəsi (R.Orucov) çempionatın keçirilməsi ilə bağlı tələb olunan xərclərin ödənilməsini təmin etsin.
7. İnformasiya şöbəsi (E.Əliyev) əmrin “Azərbaycan müəllimi” qəzetində dərc olunmasını və nazirliyin internet səhifəsində yerləşdirilməsini, əmr və əlavələrin çoxaldılaraq yerlərə göndərilməsini təmin etsin.
8. Əmrin icrasına nəzarət nazir müavini Ceyhun Bayramova həvalə olunsun.
Əsas: Nazir müşaviri Hüseyn Əliyevin müvafiq dərkənarla təqdimatı.
Mikayıl CABBAROV,
Azərbaycan Respublikasının təhsil naziri
21 aprel 2014-cü il
№443
Əlavə: