• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Nazirlik Menyu Geri

Menyu

Virtual bələdçi Elektron sənəd yoxlanışı ƏLÇATANLIQ

SPECIAL ANNOUNCEMENT

“Ümumi təhsil haqqında” Azərbaycan Respublikasının Qanunu

2022-05-06 14:01:00

“İlyas Əfəndiyevin 100 illik yubileyinin keçirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 16 yanvar 2014-cü il tarixli, 220 nömrəli Sərəncamının icrası barədə Azərbaycan Respublikası təhsil nazirinin əmri

“İlyas Əfəndiyevin 100 illik yubileyinin keçirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 16 yanvar 2014-ci il tarixli 220 nömrəli Sərəncamının icrasını təmin etmək məqsədilə “Azərbaycan Respublikası Təhsil Nazirliyi haqqında Əsasnamə” nin 13.5-ci bəndini rəhbər tutaraq   
 
ƏMR EDİRƏM:
 
1.“İlyas Əfəndiyevin 100 illik yubileyinin keçirilməsi haqqında” Azərbayjan Respublikası Prezidentinin 16 yanvar 2014-cü il tarixli 220 nömrəli Sərəncamının ijrası ilə əlaqədar Azərbaycan Respublikası Təhsil Nazirliyinin  Tədbirlər Planı təsdiq edilsin (əlavə olunur).
2. Naxçıvan MR Təhsil Nazirliyi, Bakı Şəhəri üzrə Təhsil İdarəsi, Gəncə Şəhər Təhsil İdarəsi, rayon (şəhər) təhsil şöbələri, ali təhsil müəssisələri,  Nazirlik tabeliyindəki ümumi təhsil müəssisələrinin rəhbərləri:
2.1. İlyas Əfəndiyevin yubileyi ilə bağlı təsdiq olunmuş Tədbirlər Planının yerinə yetirilməsini təmin etsinlər. 
2.2. Əmrin icrası ilə bağlı görülmüş işlər barədə 01dekabr 2014-cü ilədək Təhsil Nazirliyinə hesabat təqdim etsinlər.
3. İnformasiya şöbəsi (E. Əliyev) əmrin  əlavəsi ilə birlikdə çoxaldılıb yerlərə göndərilməsini və Nazirliyin internet səhifəsində yerləşdirilməsini təmin etsin.
4. Əmrin icrasına nəzarət nazir müavini C. Bayramova həvalə olunsun.
 Əsas: Azərbaycan Respublikası Prezidentinin 16 yanvar 2014-ci il tarixli, 220 nömrəli Sərəncamı. 
  
Mikayıl CABBAROV, 
Azərbaycan Respublikasının təhsil naziri 
9 aprel 2014-cü il  
№414

  
 
Əlavə: