• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Nazirlik Menyu Geri

Menyu

Virtual bələdçi Elektron sənəd yoxlanışı ƏLÇATANLIQ

SPECIAL ANNOUNCEMENT

“Ümumi təhsil haqqında” Azərbaycan Respublikasının Qanunu

2022-05-06 14:01:00

Azərbaycan Respublikası Təhsil Nazirliyinin 26.08.2008-ci il tarixli 1019 nömrəli əmri ilə təsdiq olunmuş “Azərbaycan Respublikası Təhsil Nazirliyi sisteminin nomenklaturasına daxil olan işçilərlə əmək münasibətlərinin tənzimlənməsi Qaydaları”na əlavə edilməsi barədə Azərbaycan Respublikası təhsil nazirinin əmri

Təhsil Nazirliyinin 28 iyun 2013-cü il tarixli 712 nömrəli əmri ilə təsdiq olunmuş “Azərbaycan Respublikası Təhsil Nazirliyi sisteminə daxil olan ümumi təhsil və ilk peşə-ixtisas təhsili müəssisələrinin müəllimlərə tələbatının müəyyənləşdirilməsi və müəllimlərin işə qəbulu Qaydaları”na əsasən ümumtəhsil məktəblərinə müəllimlərin işə qəbulu Təhsil Nazirliyi tərəfindən mərkəzləşdirilmiş qaydada müsabiqə yolu ilə həyata keçirilir. Ona görə də ümumi təhsil müəssisələrinin direktor müavinləri tutduqları vəzifədən azad edilərkən onların məktəbdə müəllim kimi işdə saxlanılması və ya həmin məktəbdə müvafiq vakant yer olmadıqda tələbat olan digər məktəbdə müəllim kimi işlə təmin edilməsi məsələsinin tənzimlənməsində çətinliklər yaranır.
Qeyd edilənləri nəzərə alaraq və “Azərbaycan Respublikası Təhsil Nazirliyi haqqında Əsasnamə”nin 13.5-ci maddəsini rəhbər tutaraq
 
ƏMR EDİRƏM:
 
1. Azərbaycan Respublikası Təhsil Nazirliyinin 26.08.2008-ci il tarixli 1019 nömrəli əmri ilə təsdiq olunmuş “Azərbaycan Respublikası Təhsil Nazirliyi sisteminin nomenklaturasına daxil olan işçilərlə əmək münasibətlərinin tənzimlənməsi Qaydaları”nın 3-cü bəndinin 2-ci abzasından sonra aşağıdakı redaksiyada yeni abzas əlavə edilsin:
“Ümumi təhsil müəssisələrinin dərs yükü olan direktor müavinləri tutduqları vəzifədən azad edilərkən işlədikləri məktəbdə müəllim kimi saxlanılması və ya müvafiq vakant yer olmadığı halda, rayonun (şəhərin) həmin fəndən müəllimə tələbat olan digər məktəbində müəllim kimi işlə təmin edilməsi rayon (şəhər) təhsil şöbəsi (idarəsi) ilə razılaşdırılmaqla ümumi təhsil müəssisəsinin direktoru tərəfindən həyata keçirilir.”
2. İnsan resursları şöbəsinin müdiri (F.Qədirov) bu əmrdən irəli gələn məsələləri həll etsin.
3. İnformasiya şöbəsi (E.Əliyev) əmrin nazirliyin saytında və “Azərbaycan müəllimi” qəzetində dərc olunmasını və yerlərə çatdırılmasını təmin etsin.
4. Əmrin icrasına nəzarət Aparat rəhbəri M.Eynullayevə həvalə edilsin.
Əsas:  İnsan resursları şöbəsinin müdiri F.Qədirovun xidməti məlumatı.
 
Mikayıl CABBAROV,
Azərbaycan Respublikasının təhsil naziri
19 fevral 2014-cü il
№205