• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Nazirlik Menyu Geri

Menyu

Virtual bələdçi Elektron sənəd yoxlanışı ƏLÇATANLIQ

SPECIAL ANNOUNCEMENT

“Ümumi təhsil haqqında” Azərbaycan Respublikasının Qanunu

2022-05-06 14:01:00

“Uşaqların (şagirdlərin) ümumi təhsil müəssisələrinə qəbulu və yerdəyişməsi Qaydaları”nın təsdiq edilməsi barədə Azərbaycan Respublikası təhsil nazirinin əmri

“Təhsil haqqında” Azərbaycan Respublikasının Qanunu qəbul edildikdən sonra onun tətbiqi ilə bağlı bir sıra normativ hüquqi aktlar qəbul edilmiş, o cümlədən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13.01.2011-ci il tarixli, 5 nömrəli qərarı ilə “Ümumtəhsil məktəblərinin Nümunəvi Nizamnaməsi” təsdiq olunmuşdur.
Bununla belə, uşaqların (şagirdlərin) ümumi təhsil müəssisələrinə qəbulu və yerdəyişməsi, xarici ölkələrdə təhsil almış uşaqların Azərbaycan Respublikasının məktəblərində təhsilə cəlbi, habelə ailəsi ilə birlikdə ölkədən kənara gedən şagirdlərin təhsil aldıqları məktəblərdən xaric edilməsi üzrə münasibətləri tənzimləyən Təhsil Nazirliyinin 14 dekabr 2010-cu il tarixli, 1637 nömrəli əmri ilə təsdiq edilmiş “Şagirdlərin ümumtəhsil məktəblərinə qəbulu və yerdəyişməsi haqqında Qaydalar”dakı bəzi qeyri-müəyyənliklər göstərilən məsələləri tam və obyektiv əhatə etmir.
Qeyd olunanlarla əlaqədar uşaqların (şagirdlərin) ümumi təhsil müəssisələrinə qəbulu və yerdəyişməsi sahəsində daha təkmil qaydaların tətbiq olunmasını təmin etmək məqsədi ilə  “Azərbaycan Respublikası Təhsil Nazirliyi haqqında Əsasnamə”nin 8.1-ci və 13.5-ci bəndlərini rəhbər tutaraq
 
ƏMR EDİRƏM:
 
1. “Şagirdlərin ümumi təhsil müəssisələrinə qəbulu və yerdəyişməsi Qaydaları” təsdiq edilsin (əlavə olunur).
2. Təhsil Nazirliyinin 14 dekabr 2010-cu il tarixli, 1637 nömrəli əmri ilə təsdiq olunmuş “Şagirdlərin ümumtəhsil məktəblərinə qəbulu və yerdəyişməsi haqqında Qaydalar” qüvvədən düşmüş hesab edilsin.
3. İnformasiya şöbəsi (E.Əliyev) əmrin əlavəsi ilə birlikdə “Azərbaycan müəllimi” qəzetində dərc olunmasını, çoxaldılıb yerlərə göndərilməsini təmin etsin.
4. Əmrin icrasına nəzarət nazir müavini Ceyhun Bayramova həvalə olunsun.
 
Mikayıl CABBAROV,
Azərbaycan Respublikasının
təhsil naziri
27 sentyabr 2013-cü il 
№827

 

Əlavə: