SPECIAL ANNOUNCEMENT
“Ümumi təhsil haqqında” Azərbaycan Respublikasının Qanunu
2022-05-06 14:01:00
"Ali təhsil müəssisələrində yeni maliyyələşmə mexanizminin tətbiq edilməsi haqqında" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 25 iyun tarixli 120 nömrəli qərarında dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikasının Nazirlər Kabinetinin Qərarı
"Ali təhsil müəssisələrində yeni maliyyələşmə mexanizminin tətbiq edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 2010-cu il 10 fevral tarixli 220 nömrəli Fərmanına əsasən, Azərbaycan Respublikası Maliyyə Nazirliyinin, Azərbaycan Respublikası Təhsil Nazirliyinin və Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin təkliflərini nəzərə alaraq Azərbaycan Respublikasının Nazirlər Kabineti
QƏRARA ALIR:
1. "Ali təhsil müəssisələrində yeni maliyyələşmə mexanizminin tətbiq edilməsi haqqında" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 25 iyun tarixli 120 nömrəli qərarında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2010, № 6, maddə 564; 2012, № 1, maddə 30, № 11, maddə 1208) aşağıdakı dəyişikliklər edilsin:
1.1. həmin qərarla təsdiq edilmiş 1 nömrəli əlavə - "Ayrı-ayrı ixtisaslar üzrə dövlət sifarişi ilə ali təhsil müəssisələrinin bakalavriat səviyyəsində hər bir təhsilalana düşən təhsil xərclərinin miqdarı" üzrə:
1.1.1. "İxtisaslar" sütunundan "Sənətşünaslıq", "Rejissorluq", "Dekorativ sənət", "Dizayn", "Rəngkarlıq", "Qrafika", "Heykəltəraşlıq", "Memarlıq", "Müalicə işi", "Hərbi həkim işi", "Tibbi profilaktika", "Əczaçılıq", "Stomatologiya" sözləri çıxarılsın;
1.1.2. "Sosial iş" sətrindən sonra aşağıdakı məzmunda sətirlər əlavə edilsin:
| Sənətşünaslıq | 1700 |
| Rejissorluq | 2400 |
| Dekorativ sənət | 4000 |
| Dizayn | 1920 |
| Rəngkarlıq | 5000 |
| Qrafika | 5000 |
| Heykəltəraşlıq | 5000 |
| Memarlıq | 2000 |
| Müalicə işi | 4500 |
| Hərbi həkim işi | 4500 |
| Tibbi profilaktika | 4000 |
| Əczaçılıq | 4000 |
| Stomatologiya | 4000 |
1.2. həmin qərarla təsdiq edilmiş 2 nömrəli əlavə - "Ayrı-ayrı ixtisaslar üzrə dövlət sifarişi ilə ali təhsil müəssisələrinin
magistratura səviyyəsində hər bir təhsilalana düşən təhsil xərclərinin miqdarı" üzrə:
1.2.1. "İxtisaslar" sütunundan "Sənətşünaslıq", "Aktyor sənəti", "Dekorativ sənət", "Rejissorluq", "Dizayn",
"Rəngkarlıq", "Qrafika", "Heykəltəraşlıq", "Memarlıq" və "Səhiyyədə həkim-mütəxəssis hazırlığı aparılan ixtisaslar üzrə:
magistraturada həkim-mütəxəssis hazırlığı aparılan ixtisaslar rezidenturada həkim-mütəxəssis hazırlığı aparılan ixtisaslar" sözləri çıxarılsın;
1.2.2. "Bədən tərbiyəsi və idman" sətrindən sonra aşağıdakı məzmunda sətirlər əlavə edilsin:
| Sənətşünaslıq | 1700 |
| Aktyor sənəti | 2000 |
| Dekorativ sənət | 4000 |
| Rejissorluq | 2600 |
| Dizayn | 1920 |
| Rəngkarlıq | 5000 |
| Qrafika | 5000 |
| Heykəltəraşlıq | 5000 |
| Memarlıq | 2000 |
| Səhiyyədə həkim-mütəxəssis hazırlığı aparılan ixtisaslar üzrə: | |
| magistraturada həkim-mütəxəssis hazırlığı aparılan ixtisaslar | 4000 |
| rezidenturada həkim-mütəxəssis hazırlığı aparılan ixtisaslar |
4000
|
2. Bu qərar 2013-cü il sentyabrın 1-dən qüvvəyə minir.
Azərbaycan Respublikasının
Baş naziri Artur Rasi-zadə
Bakı şəhəri, 13 sentyabr 2013-cü il
№ 256