• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Nazirlik Menyu Geri

Menyu

Virtual bələdçi Elektron sənəd yoxlanışı ƏLÇATANLIQ

SPECIAL ANNOUNCEMENT

“Ümumi təhsil haqqında” Azərbaycan Respublikasının Qanunu

2022-05-06 14:01:00

Ümumi təhsil müəssisələrinin ilk dərs məşğələsi haqqında Azərbaycan Respublikası təhsil nazirinin əmri

Ümumi təhsil müəssisələrində şagirdlərin vətənpərvərlik tərbiyəsi üzrə aparılan işlərin daha intensiv mahiyyət daşımasına, bu sahədə həyata keçirilən tədbirlərin davamlı xarakter almasına, şagirdlərdə fəal vətəndaş mövqeyi və doğma torpağa sədaqət hissi formalaşdırılmasının pedaqoji kollektivlər tərəfindən prioritet vəzifə olaraq qəbul edilməsinə etibarlı zəmin yaratmaq məqsədi ilə
 
ƏMR EDİRƏM:
 
1. 2013-2014-cü tədris ilindən başlayaraq ümumi təhsil müəssisələrinin V-XI siniflərində ilk dərs “Mənim Vətənim – doğma yurdum” mövzusuna həsr olunsun.
2. Naxçıvan MR Təhsil Nazirliyi, Bakı Şəhəri üzrə Təhsil İdarəsi, Gəncə Şəhər Təhsil İdarəsi, rayon (şəhər) təhsil şöbələri, Nazirlik tabeliyindəki ümumi təhsil müəssisələrinin direktorları:
2.1. Həmin mövzuda keçirilən dərslərdə Ulu öndər Heydər Əliyevin Vətən və xalq qarşısında müstəsna xidmətlərinin izahına, Azərbaycanın dövlət rəmzləri haqqında şagirdlərin biliklərinin möhkəmləndirilməsinə, onlarda respublikamızın, eləcə də yaşadıqları ərazinin flora və faunası, tarixi və mədəni abidələri, görkəmli şəxsiyyətləri, ölkəmizin dünya birliyində mövqeyi, son dövrlərdə qazandığı nailiyyətlər, Vətən uğrunda şəhid olmuş qəhrəmanlar barədə məlumatların artırılmasına xüsusi diqqət yetirilməsini təmin etsinlər.
2.2. 2013-2014-cü tədris ilində ümumtəhsil məktəblərində keçiriləcək “Bilik günü”ndə, habelə ilk dərslərdə məktəbin sabiq məzunlarının, ictimaiyyətin nümayəndələrinin, əmək və müharibə veteranlarının iştirak etmələri üçün təşkilati tədbirlər görsünlər.
3. İnformasiya şöbəsi (E.Əliyev) əmrin “Azərbaycan müəllimi” qəzetində dərc olunmasını təmin etsin.
4. Əmrin icrasına nəzarət nazir müavini Ceyhun Bayramova həvalə olunsun.
 
Mikayıl CABBAROV,
Azərbaycan Respublikasının
təhsil naziri
13 sentyabr 2013-cü il 
№808