SPECIAL ANNOUNCEMENT
“Ümumi təhsil haqqında” Azərbaycan Respublikasının Qanunu
2022-05-06 14:01:00
Uşaq və gənclərin əl işlərinin respublika müsabiqəsinin keçirilməsi barədə Azərbaycan Respublikası təhsil nazirinin əmri
Uşaq və gənclərin yaradıcılıq potensialının üzə çıxarılması, inkişaf etdirilməsi və uşaq yaradıcılıq mərkəzləri arasında təcrübə mübadiləsinin təşkili məqsədi ilə, “Azərbaycan Respublikası Təhsil Nazirliyi haqqında Əsasnamə”nin 13.5-ci bəndini rəhbər tutaraq
ƏMR EDİRƏM:
1. Uşaq və gənclərin əl işlərinin respublika müsabiqəsi keçirilsin.
2. Müsabiqənin əsasnaməsi və təşkilat komitəsinin tərkibi təsdiq olunsun (əlavə olunur).
3. Naxçıvan MR təhsil naziri, rayon (şəhər) təhsil şöbələrinin (idarələrinin)
müdirləri, Nazirliyin birbaşa tabeliyində olan məktəbdənkənar təhsil müəssisələri müsabiqənin yüksək səviyyədə təşkili üçün müvafiq tədbirlər görsünlər.
4. Tərbiyə və məktəbdənkənar müəssisələrlə iş şöbəsi (A.İbrahimov) müsabiqənin yerlərdə təşkili və keçirilməsi işlərini əlaqələndirsin.
5. Müsabiqənin respublika mərhələsinin keçirilməsi ilə bağlı xərclərin ödənilməsi T.İsmayılov adına Uşaq-Gənclər Yaradıcılıq Sarayının 2013-cü ilə təsdiq olunmuş xərclər smetasının müvafiq xərc maddələrində nəzərdə tutulmuş vəsait hesabına müəyyən edilmiş qaydada həyata keçirilsin.
6. İctimaiyyətlə əlaqə şöbəsi (B.Hüseynzadə) əmrin “Azərbaycan müəllimi”
qəzetində dərc olunmasını və əmrin əlavələrlə birlikdə Nazirliyin internet səhifəsində yerləşdirilməsini təmin etsin.
8. Ümumi şöbə (E.Əliyev) əmr və əsasnamənin çoxaldılıb yerlərə göndərilməsini
təmin etsin.
9.Əmrin icrasına nəzarət nazir müavini C.Bayramova həvalə edilsin.
Əsas: Tərbiyə və məktəbdənkənar müəssisələrlə iş şöbəsinin 2013-cü il üçün illik fəaliyyət planı.
Mikayıl CABBAROV,
Azərbaycan Respublikasının
Azərbaycan Respublikasının
təhsil naziri
3 sentyabr 2013-cü il
3 sentyabr 2013-cü il
№797
Əlavə: