• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Nazirlik Menyu Geri

Menyu

Virtual bələdçi Elektron sənəd yoxlanışı ƏLÇATANLIQ

SPECIAL ANNOUNCEMENT

“Ümumi təhsil haqqında” Azərbaycan Respublikasının Qanunu

2022-05-06 14:01:00

İsmayıllı Dövlət Humanitar və Texnologiya Kollecinin yaradılması və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 15 iyul tarixli 118 nömrəli qərarı ilə təsdiq edilmiş "Azərbaycan Respublikası Təhsil Nazirliyinin strukturuna daxil olmayan tabeliyindəki qurumların Siyahısı"nda dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı

Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 29 dekabr tarixli 800 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Azərbaycan 2020: gələcəyə baxış" İnkişaf Konsepsiyası"nın 7.2-ci bəndinin doqquzuncu abzasına əsasən, Azərbaycan Respublikası Təhsil Nazirliyinin təklifini nəzərə alaraq, regional çoxprofilli kolleclərin yaradılması məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti
 
QƏRARA ALIR:
 
1. Azərbaycan Respublikası Təhsil Nazirliyinin İsmayıllı Dövlət Humanitar və Texnologiya Kolleci yaradılsın.
2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 15 iyul tarixli 118 nömrəli qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2011, № 7, maddə 745, № 10, maddə 969, № 12, maddələr 1241, 1245; 2012, № 3, maddə 257, № 4, maddə 399, № 6, maddələr 633, 634) ilə təsdiq edilmiş "Azərbaycan Respublikası Təhsil Nazirliyinin strukturuna daxil olmayan tabeliyindəki qurumların Siyahısı"nın "Orta ixtisas təhsili müəssisələri" bölməsinə "46. İsmayıllı Dövlət Humanitar və Texnologiya Kolleci" hissəsi əlavə edilsin.
3. Azərbaycan Respublikasının Təhsil Nazirliyi Azərbaycan Respublikasının Maliyyə Nazirliyi və İsmayıllı Rayon İcra Hakimiyyəti ilə birlikdə İsmayıllı Dövlət Humanitar və Texnologiya Kollecinin maliyyələşdirilməsi və fəaliyyətinin təmin edilməsi üçün zəruri tədbirlər görsün.
 
Azərbaycan Respublikasının
Baş naziri Artur Rasi-zadə 
Bakı şəhəri, 25 iyun 2013-cü il
№ 168