• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Nazirlik Menyu Geri

Menyu

Virtual bələdçi Elektron sənəd yoxlanışı ƏLÇATANLIQ

SPECIAL ANNOUNCEMENT

“Ümumi təhsil haqqında” Azərbaycan Respublikasının Qanunu

2022-05-06 14:01:00

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2002-ci il 29 may tarixli 88 nömrəli qərarı ilə təsdiq edilmiş "Stasionar şəraitdə təhsilin təşkili Qaydaları"nda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı

"Sağlamlıq imkanları məhdud şəxslərin təhsili (xüsusi təhsil) haqqında" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 2001-ci il 19 iyul tarixli 540 nömrəli Fərmanına əsasən və Azərbaycan Respublikası Təhsil Nazirliyinin təklifini nəzərə alaraq Azərbaycan Respublikasının Nazirlər Kabineti
 
QƏRARA ALIR:
 
1. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2002-ci il 29 may tarixli 88 nömrəli qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2002, № 5, maddə 325) ilə təsdiq edilmiş "Stasionar şəraitdə təhsilin təşkili Qaydaları"nın 4-cü hissəsi aşağıdakı redaksiyada verilsin:
"Stasionar tibb müəssisəsində pedaqoji fəaliyyətə qanunvericiliklə müəyyən edilmiş tələblərə cavab verən şəxslər buraxılırlar. Bu zaman onların əməyi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 13 dekabr tarixli 203 nömrəli qərarına 1 nömrəli əlavə - "Dövlət büdcəsindən maliyyələşdirilən müəssisələrdə (Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA), AMEA-nın Naxçıvan bölməsinin tabeliyində olan elm və elmi tədqiqat müəssisələri istisna olmaqla) çalışan işçilərin əməyinin ödənilməsinin Vahid Tarif Cədvəli"nə uyğun olaraq ümumi təhsil müəssisəsinə ayrılmış vəsait hesabına ödənilir.".
2. Azərbaycan Respublikasının Təhsil Nazirliyi bu qərarın icrası ilə bağlı tələb olunan xərclərin maliyyələşdirilməsini Azərbaycan Respublikası dövlət büdcəsinin mərkəzləşdirilmiş xərclərinin "Təhsil" bölməsində nəzərdə tutulmuş vəsait hesabına təmin etsin.
 
Azərbaycan Respublikasının
Baş naziri Artur Rasi-zadə
 Bakı şəri, 10 iyun 2013-il
№ 107