• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Nazirlik Menyu Geri

Menyu

Virtual bələdçi Elektron sənəd yoxlanışı ƏLÇATANLIQ

SPECIAL ANNOUNCEMENT

“Ümumi təhsil haqqında” Azərbaycan Respublikasının Qanunu

2022-05-06 14:01:00

Vətəndaşların qəbulu qaydalarının təsdiq edilməsi barədə Azərbaycan Respublikası təhsil nazirinin əmri

"Vətəndaşların müraciətlərinə baxılması qaydası haqqında" 10 iyun 1997-ci il tarixli Azərbaycan Respublikasının Qanununa, Azərbaycan Respublikası Prezidentinin 29 dekabr 1998-ci il tarixli 52 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Dövlət hakimiyyəti orqanlarında, idarə, təşkilat və müəssisələrdə vətəndaşların  təklif, ərizə və şikayətləri üzrə kargüzarlığın aparılması Qaydaları"nın tələblərinə uyğun olaraq Təhsil Nazirliyində, onun strukturuna daxil olan və tabeliyindəki qurumlarda vətəndaşların qəbulu prosesinin tənzimlənməsi və səmərəliliyinin yüksəldilməsi məqsədilə, Azərbaycan Respublikası Təhsil Nazirliyi haqqında Əsasnamənin 13.5-ci bəndini rəhbər tutaraq 
 
ƏMR EDİRƏM:
 
1. "Təhsil Nazirliyində, onun strukturuna daxil olan və tabeliyindəki qurumlarda vətəndaşların qəbulu qaydaları" (əlavə olunur) təsdiq edilsin.
2. "Təhsil Nazirliyində rəhbər vəzifəli şəxslər tərəfindən vətəndaşların qəbulu qrafiki" (əlavə olunur) təsdiq edilsin.
3. Ümumi şöbə (X.Fərəcov) əmrin çoxaldılıb Nazirliyin bütün struktur bölmə və qurumlarına çatdırılmasını təmin etsin.
4. İctimaiyyətlə əlaqə şöbəsi (B.Hüseynzadə) əmrin "Azərbaycan müəllimi" qəzetində dərc olunmasını təmin etsin.
5. Əmrin icrasına nəzarət Aparatın rəhbərinə (İ.Pirməmmədov) həvalə edilsin. 
 
Mikayıl CABBAROV,
Azərbaycan Respublikasının təhsil naziri
31 may 2013-cü il