• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Nazirlik Menyu Geri

Menyu

Virtual bələdçi Elektron sənəd yoxlanışı ƏLÇATANLIQ

SPECIAL ANNOUNCEMENT

“Ümumi təhsil haqqında” Azərbaycan Respublikasının Qanunu

2022-05-06 14:01:00

"Sumqayıt Kimya Sənaye Parkı" Məhdud Məsuliyyətli Cəmiyyətinin nəzdində Peşə Tədris Mərkəzinin yaradılması haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı

Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 3 iyul tarixli 2282 nömrəli Sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasında texniki-peşə təhsilinin inkişafı üzrə Dövlət Proqramı (2007-2012-ci illər)"nın həyata keçirilməsi üzrə Tədbirlər Planının 5.4-cü bəndinə əsasən, Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyinin və Azərbaycan Respublikası Təhsil Nazirliyinin təkliflərini nəzərə alaraq Azərbaycan Respublikasının Nazirlər Kabineti
 
QƏRARA ALIR:
 
1. "Sumqayıt Kimya Sənaye Parkı" Məhdud Məsuliyyətli Cəmiyyətinin nəzdində sənaye ixtisasları üzrə ixtisaslı kadrların hazırlanmasını təmin edən müasir tipli Peşə Tədris Mərkəzi yaradılsın.
2. Azərbaycan Respublikasının İqtisadi İnkişaf Nazirliyi Azərbaycan Respublikasının Təhsil Nazirliyi ilə birlikdə Peşə Tədris Mərkəzinin fəaliyyətinin təmin edilməsinə dair tədbirlər planını 15 gün müddətində hazırlayıb təsdiq edilməsi üçün Azərbaycan Respublikasının Nazirlər Kabinetinə təqdim etsin.
 
Azərbaycan Respublikasının
Baş naziri Artur Rasi-zadə
Bakı şəhəri, 19 aprel 2013-cü il
№ 68