• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Nazirlik Menyu Geri

Menyu

Virtual bələdçi Elektron sənəd yoxlanışı ƏLÇATANLIQ

SPECIAL ANNOUNCEMENT

“Ümumi təhsil haqqında” Azərbaycan Respublikasının Qanunu

2022-05-06 14:01:00

Azərbaycanın teatr və kino sənətinin görkəmli nümayəndəsi, SSRİ xalq artisti Hökümə Qurbanovanın 100 illik yubileyinin keçirilməsi haqqında Azərbaycan Respublikası təhsil nazirinin əmri

“Hökümə Qurbanovanın 100 illik yubileyinin keçirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 4 mart 2013-cü il tarixli, 2765 nömrəli Sərəncamının   icrasını təmin etmək məqsədilə
 
ƏMR EDİRƏM:
 
1. Azərbaycanın teatr və kino sənətinin görkəmli nümayəndəsi, SSRİ xalq artisti Hökümə Qurbanovanın 100 illik yubileyinin keçirilməsinə dair Təhsil Nazirliyinin tədbirlər planı təsdiq edilsin (əlavə olunur).
2. Naxçıvan MR təhsil naziri, rayon, şəhər təhsil şöbələrinin, idarələrinin müdirləri, ali, orta ixtisas və nazirliyin birbaşa tabeliyində olan ümumtəhsil müəssisələrinin rəhbərləri tədbirlər planının icrasını təmin etsinlər və görülmüş işlər barədə 15 oktyabr 2013-cü il tarixinədək Nazirliyə məlumat versinlər.
3. İctimaiyyətlə əlaqə şöbəsi (B. Hüseynzadə) əmrin “Azərbaycan müəllimi” qəzetində  dərc olunmasını və tədbirlər planı ilə birlikdə nazirliyin internet səhifəsində yerləşdirilməsini təmin etsin.
4.  Ümumi şöbə (X. Fərəcov) əmr və tədbirlər planının çoxaldılıb yerlərə göndərilməsini təmin etsin.
5. Əmrin icrasına nəzarət nazir müavini Q. Novruzova həvalə olunsun.
 
Misir MƏRDANOV,
Azərbaycan Respublikasının təhsil naziri
11 aprel 2013-cü il
№502

 
Əlavə: