SPECIAL ANNOUNCEMENT
“Ümumi təhsil haqqında” Azərbaycan Respublikasının Qanunu
2022-05-06 14:01:00
Firidun bəy Əhməd ağa oğlu Köçərlinin anadan olmasının 150 illik yubileyinin keçirilməsi haqqında Azərbaycan Respublikası təhsil nazirinin əmri
Azərbaycanın görkəmli ədəbiyyatşünas alimi, ölkəmizdə təhsil sisteminin milli əsaslar üzərində qurulması prosesində böyük xidmətləri olan Firidun bəy Köçərlinin 150 illik yubileyinin keçirilməsinə dair Azərbaycan Respublikası Prezidentinin 14 fevral 2013-cü il tarixli, 2720 nömrəli Sərəncamının icrasını təmin etmək məqsədilə
ƏMR EDİRƏM:
1. “Firidun bəy Köçərlinin 150 illik yubileyinin keçirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 14 fevral 2013-cü il tarixli, 2720 nömrəli Sərəncamının icrası ilə əlaqədar Azərbaycan Respublikası Təhsil Nazirliyinin Tədbirlər Planı təsdiq edilsin (əlavə olunur).
2. Naxçıvan Muxtar Respublikasının Təhsil Nazirliyi, şəhər (rayon) təhsil idarələri (şöbələri), təhsil müəssisələri Tədbirlər Planının icrasını təmin etsin və görülmüş işlər haqqında məlumatı 30 may 2013-cü il tarixinə qədər Təhsil Nazirliyinə təqdim etsin.
3. İctimaiyyətlə əlaqə şöbəsi (B.Hüseynzadə) əmrin və Tədbirlər Planının “Azərbaycan müəllimi” qəzetində dərc olunmasını və Təhsil Nazirliyinin internet səhifəsində yerləşdirməsini təmin etsin.
4. Ümumi şöbə (X.Fərəcov) əmr və Tədbirlər Planının çoxaldılıb yerlərə çatdırılmasını təmin etsin.
5. Əmrin icrasına nəzarət nazir müavini Q.Novruzova həvalə olunsun.
Əsas: Azərbaycan Respublikası Prezidentinin 14 fevral 2013-ci il tarixli, 2720 nömrəli Sərəncamı.
Misir MƏRDANOV,
Azərbaycan Respublikasının təhsil naziri
5 aprel 2013-cü il
№491
№491
Əlavə: